ABŞ administrasiyası İsrail rəhbərliyinə Amerika təyyarədaşıyıcılarının İranın hərəkətlərini izləmək üçün həmişə bölgədə ola bilməyəcəyini bildirib.
Tezadlar.az xəbər verir ki, bu barədə İsrail televiziyasının 13-cü kanalı məlumat yayıb.
Kanalın bildirdiyinə görə, məlumatda göstərilir ki, Birləşmiş Ştatlar İsrailin müdafiə naziri Yoav Qalantın baş nazir Benyamin Netanyahu ilə münaqişəsinə baxmayaraq, onun (potensial) vəzifədən azad edilməsinə də qarşıdır. Kanalın qeyd edib ki, mesaj “nəzakətli, lakin aydın” idi.
Bundan əlavə, İranın hücumu və regionda genişmiqyaslı müharibə riski ilə bağlı Birləşmiş Ştatlar bəyan edib ki, müəyyən mərhələdə eskalasiyanın dərəcəsi azaldılmalıdır, çünki "təyyarədaşıyanlar həmişəlik bölgədə qala bilməyəcəklər".
Netanyahu ilə Qalant arasında siyasi fikir ayrılıqları uzanır. 2023-cü ilin martında baş nazir məhkəmə islahatlarını tənqid etdiyinə görə müdafiə nazirini istefaya göndərmək niyyətində olduğunu açıqlasa da, kütləvi nümayişlər və regionda vəziyyətin gərginləşməsindən sonra qərarını ləğv edib. “The Times of Israel” qəzetinin yazdığına görə, bu yay Netanyahu ABŞ-a səfəri başa çatdıqdan sonra Qalantı da vəzifəsindən azad etməyi planlaşdırsa da, İsrail-Livan sərhədində vəziyyətin gərginləşməsi və “Hizbullah”ın fəallaşması səbəbindən bu planlardan da imtina edib.
Avqustun sonunda ABŞ-ın müdafiə naziri Lloyd Ostin israilli həmkarı ilə telefon danışığından sonra iki təyyarədaşıyan zərbə qrupunun bölgədə qalma müddətinin uzadılmasına göstəriş verib. Hazırda Yaxın Şərqdə ABŞ Hərbi Dəniz Qüvvələrinin iki təyyarədaşıyan gəmisi var: Abraham Linkoln və Teodor Ruzvelt.
E.ŞİRİNOV