Ticarətinin böyük hissəsini ABŞ dolları ilə həyata keçirən Türkiyəni Vaşinqtonda Rusiya ilə Amerika mallarının ticarətinə görə SWIFT-lə əlaqəsini kəsməklə hədələyiblər.

Türkiyə Rusiya ilə ticarət dövriyyəsini azaltmağa məcburdur, lakin bu, onun istəyi ilə baş vermir - ABŞ yerli bankları SWIFT sistemindən ayrılmaqla və dollarla ödənişlərlə hədələyir.

 TEZADLAR.AZ xəbər veriri ki, bunu Türkiyənin Vətən Partiyasının sədr müavini Hakan Topkurulu bildirib.

 “Türkiyə ABŞ-ın SWIFT sistemi və dollarla beynəlxalq ticarətə embarqo qoyacağı təhdidinə görə Vaşinqtonun təzyiqinə qarşı çıxa bilməz” - Hakan Topkurulu .

ABŞ xüsusilə narahatdır ki, Rusiyaya bir sıra Amerika malları ixrac edən məhz Türkiyədir və nədənsə Vaşinqton bunu “Amerika texnologiya axını” kimi qiymətləndirir. Türkiyə hakimiyyəti dəfələrlə əmin edib ki, Ankara Qərbin Rusiyaya qarşı sanksiyalarından yayınma prosesində iştirak etmir, - RİA Novosti qeyd edir.

Xatırladaq ki, ABŞ düz iki ildir ki, Rusiya-Türkiyə işgüzar əlaqələrində nifaq salmağa çalışır: ABŞ Maliyyə Nazirliyinin nümayəndələri artıq bir neçə dəfə Türkiyədən açıq şəkildə anti-Rusiya sanksiyalarına əməl etməyi tələb ediblər və iyunun 12-də Amerika xəzinədarlığı 17 türk şirkətini sanksiya siyahısına daxil edib. Vaşinqton bilir ki, Türkiyə Rusiya üçün üç əsas ticarət tərəfdaşından biridir, enerji resurslarının mühüm alıcısı və potensial olaraq qaz mərkəzidir.

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN