Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti (DTX) parlament seçkiləri ərəfəsində ölkədə təxribat planlaşdırıldığı barədə xəbərdarlıq edib.
Tezadlar.az xəbər verir ki, bununla bağlı qurum məlumat yayıb. DTX-nin məlumatına görə, siyasi dairələrlə əlaqəli qruplar Gürcüstan hökumətinin nümayəndələrinin səsləri və videogörüntülərindən istifadə edərək saxta video və audioyazılarını yaymağı planlaşdırırlar.
Bəyanatda deyilir: "Saxtalaşdırılmış audioyazılar Dövlət Təhlükəsizlik Xidmətindən sızdırılmış məlumatlar kimi təqdim ediləcək. Bu saxta məlumatın yayılmasının məqsədi hakimiyyət qolları arasında qarşıdurma yaratmaq, hökumət ilə pravoslav kilsəsi arasında düşmənçilik törətmək və hökumətlə Qərb tərəfdaşları arasında münasibətləri pisləşdirməkdir”.
Ölkənin siyasiləri isə artıq belə bir təxribatın hansı qüvvələr tərəfindən ola biləcəyini müəyyənləşdirməyə çalışırlar...