İsrailin müdafiə ordusu Qəzza bölgəsində üç döyüşçünü öldürüb, onlardan biri Fələstinin HƏMAS hərəkatının lideri Yəhya Sinvar odugu oktyabrın 17-də İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb.

Tezadlar.az CNN- ə istinadla bildirir ki, məlumatda deyilir: "Hazırkı mərhələdə terrorçuların şəxsiyyəti müəyyən edilməyib. Terrorçuların məhv edildiyi  binada girovların olmasının heç bir əlaməti aşkar edilməyib".

Sivarın 61 yaşı var. O, avqustun 6-dan HƏMAS-ın siyasi bürosuna rəhbərlik edir, buna qədər təşkilatın hərbi qanadına rəhbərlik edib. O, bu vəzifədə iyulda Tehranda İsrailin raket zərbəsi nəticəsində həlak olan İsmayıl Həniyəni əvəz edib. 

The Times of Israel yazır ki, İsrail ordusu Sinvarın girovlar arasında gizləndiyi haqqında məlumat alıb. İsrail ordusu Qəzza bölgəsindəki binalardan birində olan döyüşçülərə atəş açıb. Öldürülən döyüşçülərin kimliyinin müəyyən edilməsi üçün onların meyitləri məhkəmə-tibb ekspertlərinə təhvil verilib.

HƏMAS-dan hələlik Sinvarın öldürülmüş ola bilməsi haqqında məlumatlarla bağlı şərh verməyiblər.

Beləliklə, bununla da bütün şübhələrə son qoyulmuş oldu... Bu da öldürülən HƏMAS liderinin fotoşəkli...

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN