Ukraynanın hava hücumundan müdafiə qüvvələri dünən bir təyyarə və bir helikopter də daxil olmaqla düşmənin 9 hədəfini məhv edib.

Tezadlar.az bildirir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığının Mətbuat Mərkəzi xəbər yayıb. Sitat: “İyunun 4-də Şərq istiqamətində Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin zenit-raket bölmələri düşmənin daha bir təyyarəsini (ehtimal ki, Su-34 qırıcı-bombardmançı) cənub istiqamətində məhv etdi.  Bundan əlavə, Quru Qoşunlarının hava hücumundan müdafiə qüvvələri də düşmənin bir Ka-52 helikopterini və iki Orlan-10 pilotsuz təyyarəsini məhv edib.
Hərbi Dəniz Qüvvələrinin məlumatına görə, dənizçilərin hava hücumundan müdafiəsi bu gün Rusiya sualtı qayıqlarından atılan dörd “Kalibr” qanadlı raketini vurub.
Ukrayna qırıcıları dövlətimizin hava məkanında patrul fəaliyyətini davam etdirir və Hərbi Hava Qüvvələrinin zərbə təyyarələri Şərq istiqamətində və digər əməliyyat bölgələrində Müdafiə Qüvvələrinə atəş dəstəyi verir”.

Xatırladaq ki, Böyük Britaniyanın kəşfiyyat məlumatlarına görə, Ukraynanın şərq istiqamətində uğur qazana bilməyən Rusiya Ordusu bütün qüvvələrini Severedonetsk həndəvərinə cəmləşdirir. Burada isə Ukraynanın hücumun qarşısını alacaq böyük hərbi qüvvələri cəmləşdirilib.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA