Rusiyanın Ukraynaya qarşı başladığı müharibə iki ölkə arasında daha bir münasibətin pozulmasına gətirib çıxardı...

Belə ki, Ukrayna 2022-ci il iyulun 1-dən Rusiya vətəndaşları üçün ölkəyə giriş üçün viza rejimi tətbiq edəcək. Teadlar.az "Ukrainskaya pravda"ya istinadla bildirir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski teleqramdakı çıxışında deyib. Sitat: “Dövlətimizin milli təhlükəsizliyinə, suverenliyinə və ərazi bütövlüyünə misli görünməmiş təhdidlərə qarşı mübarizə çərçivəsində Nazirlər Kabinetinə Rusiya vətəndaşlarının Ukrayna ərazisinə girişi rejiminə yenidən baxılması məsələsini işləyib hazırlamağı təklif etdim”.

Rusiya XİN hələki bu məsələyə dair siya mövqe sərgiləməyib. Lakin aydın məsələdir ki, iki ölkə vətəndaşlarını dil, din və qohumluq əlaqələri birləşdirirdi. İndi iki yaxın qohum bir -biri ilə yad, hətta düşmən ölkə vətəndaşları kimi davranmalı olacaq.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA