"Bu gün Ukraynanın namizədlik statusu ilə bağlı Avropa İttifaqından (Aİ) cavab alacağı tarixi həftə başlayır.

Ona görə də biz Rusiyadan aktivliyin artması gözləməliyik".
Tezadlar.az "Ukrainskaya pravda"ya istinadla xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski axşam müraciətində bildirib. Onun sözlərinə görə, bazar ertəsi 1991-ci ildən bu günə kimi ən vacib həftələrdən biri başlayır. Sitat: "Belə bir həftədə biz Rusiyadan düşmənçilik fəaliyyətinin artacağını gözləməliyik. Bu, xüsusilə aşkardır. Özü də təkcə Ukraynaya qarşı deyil, həm də Avropaya qarşı. Hazırlaşırıq. Tərəfdaşlarımızı xəbərdar edirik”, - deyə Zelenski bildirib. 

Həqiqətən də tarixi bir məqamdır. Rusiyanın Ukraynaya qarşı məlum döyüş əməliyyatları nəinki Avropada, dünyada indiyədək olmuş düzəni dəyişmiş oldu. Eləcə də Rusiyanıın özünün hərbi gücünün faktiki olaraq Ukrayna üzərində sınaqdan çıxa bilməməsi də məlum oldu...

Onu da deyək ki, iyunun 17-də Avropa Komissiyası Ukraynaya Aİ üzvlüyünə namizəd statusunun verilməsini tövsiyə edib, iyunun 24-də isə yekun qərar veriləcək.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA