Neçə gündür "Bu şəhərdə" komandasının aktyoru, Əməkdar artist Rafael İsgəndərovun haqqında xoşagəlməz xəbərlər yayılıb.

Tezadlar.az-ın məlumatına görə, "Tik-Tok" platformasında və digər sosial şəbəkələrdə Rafael İsgəndərovun dünyasını dəyişdiyinə dair şayiələr gündəmə çevrilib.

Qeyd edək ki, R.İsgəndərov "İnstagram"da paylaşım edərək yayılan şayiələrə sərt reaksiya verib: "Bu yalan xəbərləri yayanlar, mənim əziz və doğmalarıma, qohumlarıma, dostlarıma yaşatdığınızı, Allah sizinkilərə də yaşatsın. Qarğış deyil, duadı. Mənə görə narahat olub, zəng edib maraqlanan və inanıb rəhmət diləyənlərə təşəkkür edirəm. Şükür Allaha sağ və salamatam. Xalqımızın da sağ-salamat olmasını tək Allahdan diləyirəm. Amin!".

Məsələ ilə bağlı "Tezadlar.az"-a danışan Əməkdar artist Coşqun Rəhimov da yayılan bu söz-söhbətin əsassız olduğunu vurğuladı: "Yenə başlayıblar! Bizim adımızdan olar-olmaz xəbərlər yayaraq pul və baxış sayı qazanırlar. Belələrinə ayıb olsun! Nə deyə bilərik? Biz susduqca, onlar daha da irəli gedirlər. Gerçəkdən ayıbdır. Hər şeyin bir həddi-hüdudu var. Bu qədəri də olmaz. Bu, insanlığa da sığmır. İnsan sağlamlığı, ömrü ilə zarafat etmək, oyun oynamaq olmaz. Şükürlər olsun ki, hər şey qaydasındadır. Rafael İsgəndərovun sağlamlığı yerindədir. Narahatlığa heç bir əsas yoxdur. Bu cür şayiələr qəbuledilməz və xoşagəlməzdir. Fürsətdən istifadə edib Rafael üçün narahat olub zəng edən, maraqlanan qohumlara, yaxınlara, ümumiyyətlə, Rafael-Coşqun sevərlərə, eyni zamanda sizin kimi əsl jurnalistlərə təşəkkür edirik ki, məsələni araşdıraraq həqiqəti oxuculara çatdırırsınız".

Rövşanə XUDATQIZI

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA