Bu gün “İqtisadi və Sosial İnkişaf Mərkəzi” (CESD) İRİS Hotel Baku-da İqtisadiyyat Müsabiqəsinin təqdimat və mükafatlandırma mərasimini təşkil etdi. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Azərbaycanda 321 məktəbdən 1637 nəfər orta məktəb şagirdi 2024 İqtisadiyyat Müsabiqəsində azərbaycan, rus və ingilis dillərində iştirak etmişdir. Müsabiqənin məqsədi Azərbaycanda iqtisadi savadlılığı artırmaq və orta məktəb şagirdləri üçün iqtisadi bilikləri əlçatan etməkdir.
TEZADLAR.AZ xəbər verir ki. bu barədə Milli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov sosial media hesabınma məlumat paylaşıb.
O, qeyd edib ki, müsabiqənin məktəb, regional və milli turları Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikasının bütün iqtisadi regionlarındakı şagirdləri əhatə edib.
"1637 nəfər şagird arasında 50 nəfər növbəti tur olan regional turda iştirak edərək milli tur üçün yarışmışdır. Regional turda müvəffəqiyyət göstərən 32 nəfər şagirddən 26-sı yazılı və şifahi imtahanda iştirak edərək, müvafiq olaraq, top10 və beynəlxalq tur üçün mübarizə aparmışdır.
Azərbaycan və rus dillərində imtahan verən şagirdlər arasında müxtəlif hədiyyələr təqdim olunması üçün top10 seçilmişdir. Milli tur iştirakçılarından 14 nəfər müsahibədə iştirak edərək turu başa vurmuşdur. Müsahibə və yazılı imtahan nəticələrinə əsasən Yunanıstanın paytaxtı Afinada keçiriləcək beynəlxalq turda iştirak etmək üçün top 5 şagird seçilmişdir. Bu o deməkdir ki, 5 şagirdimiz Azərbaycanı Avropada beynəlxalq müsabiqədə təmsil edəcəklər", -deyə o vurğulayıb.
n
Qeyd edək ki, CESD-in təsisçisi Vüqar Bayramov, İqtisadi Əsaslar Təşəbbüsünün icraçı direktoru Elanor Hamond, Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin üzvü Arzu Nağıyev, Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü Müşfiq Məmmədli, Elm və Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili şöbəsinin məsləhətçisi Leyla Məmmədova tədbirdə çıxış edərək proqram ilə bağlı fikirlərini bölüşüblər və şagirdlərə uğurlar arzulayıblar.
JASMİN
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA