Hakim “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze Gürcüstanın məhkum olunmuş keçmiş prezidenti Mixail Saakaşvilinin saxlanmasına ölkənin xərclədiyi məbləği açıqlayıb.

O, diqqətə çatdırıb ki, Gürcüstanın eks-lideri tibbi avadanlıqları və istənilən həkimi çağırmaq imkanı olan tamamilə komfortlu palatada yerləşdirilib..

"Yeri gəlmişkən, Saakaşvilinin orada qalması dövlətə baha başa gəlib.  Bildiyimə görə, bu 400 gün ərzində 200 min laridən çox  (təqribən 127823.77 AZN -RED) pul xərclənib və bu xərcləri dövlət öz üzərinə götürür", - deyə o, vurğulayıb.

Xatırladaq ki, Gürcüstana gizli yolla gəlmiş sabiq prezident Mixeil Saakaşvili ötən ilin oktyabr ayının 1-də həbs edildi. Saakaşvili şəxsi məqsədləri üçün dövlətin 3 milyon dollar vəsaitini mənimsəməkdə ittiham edilir. Həbs olunması və ona qarşı irəli sürülən ittihamlarla razılaşmayan Saakaşvili uzun müddət aclıq aksiyası keçirdiyi üçün bu, onun səhhətinə də pis təsir etdi. Və bu səbəbdən müxtəlif xəstəliklər də baş qaldırdı. Həmçinin eks perzidentin həbsxana xəstəxanasında  aparılan müalicələrin çoxundan  imtina etdiyi üçün səhhətinin ağırlaşdığı bildirilirdi.

2022-ci ilin may ayında isə Rustavi şəhərindəki 12 saylı həbsxanadan “VİVAMED” klinikasına  köçürülüb. Ona həkimlər tərəfindən indiyədək 17 xəstəlik diaqnozu qoyulub. Eks prezident xeyli çəki itirib. Tərəfdarları və bir çox Avropa ölkələri Sakaşvilinin Gürcüstanda deyil, avropa ölkələrindən birində müalicə olunmasını tələb edirlər.

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA