Özbəkistan turizm naminə iqtisadiyyatını inkişaf etdirməkdə digərlərindən daha fəal ölkəyə çevrilib.

TEZADLAR.AZ xəbər verir ki, qardaş ölkə Dünya İqtisadi Forumunun reytinqində birinci yeri tutub.

Qeyd edək ki, ölkələrin iqtisadiyyata verdiyi töhfələrə görə reytinqi Dünya İqtisadi Forumunun ekspertləri tərtib ediblər.

Məlumatlar 2019-2024-cü illər üzrə beş illik dövr üçün təhlil edilib.

Özbəkistan son illər qlobal turizm bazarı üçün iqtisadiyyatlarını ən fəal şəkildə inkişaf etdirən dünyanın ilk on ölkəsi arasında birinci yeri tutub.

 Həmçinin turizm iqtisadiyyatı inkişaf edən ilk onluqda olan ölkələr arasında Albaniya, Səudiyyə Ərəbistanı, İndoneziya, BƏƏ, Misir, Salvador və üç Afrika ölkəsi var.

Beş il ərzində turizm bazarına ən böyük töhfələr ABŞ, İspaniya, Yaponiya, Fransa, Avstraliya, Almaniya, Böyük Britaniya, Çin, İtaliya və İsveçrə tərəfindən verilib.

 Qeyd edək ki, Özbəkistan Respublikası Orta Asiyada, Əfqanıstanın quzeyində yerləşən müstəqil Türk dövlətidir. Altay dil qrupuna daxil olan müxtəlif Türk tayfalarının bu ərazidə məskunlaşması prosesi hələ qədim dövrlərdən başlanmışdır. Özbəkistan Respublikası inzibati cəhətdən 1 muxtar respublika (Qaraqalpaqıstan), 12 vilayət və paytaxtı Daşkənd şəhərindən ibarətdir.

Ölkədə müxtəlif tarixi abidə, məscid və muzeylər var. Onların sırasında Bibixanım məscidi, Uluqbəy rəsədxanası və mədrəsəsi, Şaxi Zinda məqbərəsi, Əmir Teymur və onun nəslinin uyuduğu Qur-Əmir movzoleyi, Ağ-Saray, Reqistan meydanının adını çəkmək olar. Təkcə Orta Asiyanın müqəddəs şəhəri adlandırılan Buxarada 140-a yaxın arxitektura abidəsi var. Qədim Xivə isə müxtəlif əsr və xalqlara məxsus tarixi abidələrin məkanı olduğu üçün 1967-ci ildə, İçan-Qala isə 1990-cı ildə YUNESKO -nun Ümumdünya irsinə daxil edilib. Özbəkistan qızıl ehtiyatına görə dünyada 5-ci yeri tutur.

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA