Özbəkistanda Türkiyənin Kapadokyasından nümunə götürərək  hava şarı zonasının yaradılması planlaşdırılır.

Ölkə Prezidenti Şavkat Mirziyoyev iyunun 3-də keçirdiyi müşavirədə Özbəkistanda ekstremal turizmin inkişafı proqramının qəbul edilməsi vəzifəsini qoyub.

 Onun sözlərinə görə, Daşkənd vilayətinin Parkent rayonunda sahibkar 2023-cü ildə 2 hava balonu və 10 deltplan və paraplan sayəsində 100 min turist cəlb edib. Daha 10 iş adamı Bostanlıq, Parkent və Aydarküldə ekstremal turizmi inkişaf etdirmək istəyir.

 “Muynak hava limanında paraşütlə tullanmalar və hava dalğıcı təşkil etməklə ekstremal turizmi inkişaf etdirmək olar. Bunun üçün Türkiyənin Kapadokyasında olduğu kimi ayrıca hava zonası yaratmaq lazımdır. Kapadokiyada 2023-cü ildə 600 min turistə hava şarları xidməti göstərilib ki, bu da 100 milyon dollar gəlir gətirib, - deyə dövlət başçısı bildirib.

 Prezident ölkənin ekologiya naziri Əziz Abduhakimova, nəqliyyat naziri İlham Məhkəmova və müdafiə naziri Bahodir Qurbanova iki bölgə seçməyi və ekstremal turizmin inkişafı proqramı qəbul etməyi tapşırıb.

 

JASMIN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA