Ucar rayonunun Bərgüşad kənd sakinləri üzləşdikləri problemlə bağlı dövlət başçısına müraciət edib.

Sakinlər kəndin su və yol probleminin uzun müddətdir ki, həll olunmamasından yazırlar: "Demək olar ki, özümüzü öldürmək həddindəyik. Ancaq Ucar rayon İcra Hakimiyyəti başçısı Mənsur Məmmədov şikayətimizə baxmaq istəmir. Bərgüşad kəndinin biz yaşayan hissəsində istifadə etməyə suyumuz yoxdur. Buna görə çoxlusayda ailənin, 2000 nəfərdən çox insanın yaşadığı kənd ərazisində hamımız əziyyət çəkirik. Əkin suyu verilmədiyi üçün təsərrüfatımız da məhv olub. Bu barədə Ucar rayon Suvarma Sistemləri İdarəsinə və Meliorasiya və Su Təsərrüfatı ASC-yə etdiyimiz şikayətlər araşdırlmadı və heç bir tədbir görülmədi.

Əkinlərimizi suvarmaq üçün kəndimizin yaxınlığından keçən kanalda su bol olsa da, bizə verilmir. Çünki Ucar rayon Suvarma Sistemləri İdarəsinin müdiri Müşfiq Məmmədov suyu çəltik sahələrinə satır deyə, çoxlusayda insan susuzluqdan məhv olur. Məlumat üçün deyək ki, Ucar Suvarma Sistemləri İdarəsinin müdiri Müşfiq Məmmədov icra başçısı Mənsur Məmmədovun qardaşıdır. Onun isə marağı kapital toplamaqdır.

Əhalisinin əsas məşğulluğu kənd təsərrüftı olan Bərgüşad kəndində əkin sahələrinə səpilən toxumlar yandı, ağaclarımız tamam quruyub, heyvanlar xəstəlik tapıb. Örüş sahələri quruyub deyə heyvandarlıq məhv olmaq üzrədir. Bir maşın içməli suyu isə bizim kəndə 150 manata gətirirlər.

Həmçinin, kəndimizin biz yaşayan hissəsində yol problemi var. Tamamilə dağılmış bərbad vəziyyətdə olan torpaq yolda qışda palçıqdan, yayda tozdan hərəkət etmək olmur. Buna görə insanlar xəstə düşüb. Sanki bizim yaşadığımız ərazi cəhənnəm vadisidir, nə suyu var, nə də yolu.

İnsanların məskunlaşdığı hər bir yaşayış yerinə ilk olaraq su və yol çəkilməlidir. Yaşayışımızı gəlib gözləri ilə görənlər dəhşətə gəlirlər. Müasir dövrdə belə yaşayış massivinin olması biabırçılıq və qəbuledilməzdir. Bu dəfə də şikayətimizə baxmasalar, Bakı-Qazax magistral yolunu bağlayacayıq. Başqa çıxış yolumuz yoxdur.

Çox hörmətli cənab Prezident, sizdən xahiş edirik, şikayətimizi iştirakımızla yerində araşdırıb müvafiq tədbirlər görülməsi üçün Ucar rayonunun Bərgüşad kəndinə nümayəndələr göndərəsiniz.

Hörmətlə, Ucar rayonunun Bərgüşad kənd sakinləri: Məmmədov Kərəm Balabəy oğlu, 1-ci qrup əlil, Orucov Fərhad Sahib oğlu, Vəliyev Sahil Əlimövsüm oğlu, Süleymanlı Nuğay Məhəmməd oğlu, Garayev Qurban Murad oğlu, Orucov Alim Sahib oğlu, Məmmədov İsa Binnət oğlu, Süleymanov Qüdrət Abduləli oğlu, Süleymanov İlham Əhəd oğlu, Garayev Fazil Möyla oğlu, Məmmədov Orxan Kərəm oğlu, Gərayzadə Tofiq Rafiq oğlu, Usubov Rasif Əyyatxan oğlu, Nuriyev Qərib Usub oğlu, Beydullayev Nazir Haqverdi oğlu, Müslümov Bahdur Məhəmməd oğlu, Əhədov Abduləhəd Əhəd oğlu, Müslümzadə İsmayıl Aydın oğlu, Garaylı Samir Qurban oğlu, Məmmədov Sahib Möyla oğlu, Müslümov Cəmaləddin Məhəmmədəli oğlu və Sadıqov Sadıq Ağamusa oğlu".

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA