Ağdam Azərbaycanın 4-cü ən böyük şəhəri olacaq.

Bunu Azərbaycan Prezidentinin Ağdam üzrə xüsusi nümayəndəsi Emin Hüseynov bildirib.

Onun sözlərinə görə, Ağdamda genişmiqyaslı bərpa işləri başlayıb: "Artıq bu bərpa işləri ilə bağlı Baş plan təsdiq olunub və cənab Prezident tərəfindən ictimaiyyətə təqdim edilib. Hazırda bu planın reallaşdırılması istiqamətində xüsusi yaradılmış Əlaqələndirmə Qərargahı çərçivəsində sistemli şəkildə işlər gedir. Bütün bu işlərin nəticəsi olaraq həm Ağdamdan olan məcburi köçkünlər, həm də Ağdamın ölkənin 4-cü şəhəri olacağını nəzərə alsaq, burada yaşamaq istəyən digər Azərbaycan vətəndaşları tezliklə bu imkanı əldə edəcəklər. Bununla bağlı artıq müəyyən işlər gedir. Bu gün artıq elan olundu: Tezliklə “Yolumuz Ağdama” adlı səfərlər təşkil ediləcək. Bu səfərlər həmin böyük qayıdışın ilkin hazırlıq mərhələsidir. İstəyirik ki, vətəndaşlarımız həm mənfur düşmənin doğma torpağımızı necə viran qoyduğunu görsün, həm də bərpa işləri ilə tanış olsunlar, buradakı məscidləri, tarixi məkanları ziyarət etsinlər. Artıq şəhərdə baza infrastrurkutu qurulduqdan, təhlükəsizlik tam təmin olunduqdan sonra bu proses də başlayacaq".

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA