Son zamanlar Ermənistan tərəfindən tez-tez atəşkəsin pozulması ciddi suallar doğurur. Əcəba, görəsən, II Qarabağ savaşında ordusu darmadağın edilən təcavüzkar Ermənistan nəyə arxayın olub ki, həyasızcasına atəşkəsi pozmağa davam edirlər? Bəlkə bunlar dəmir yumruğun zərbəsi üçün darıxıblar?!

Nədən ki, bu gün - avqustun 15-i saat 12:00-dan 12:30-dək yenə Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə snayper tüfəngi, avtomat və pulemyotlardan atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyinin rəsmi internet saytı xəbər yayıb.

Məlumata görə, Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

Qeyd edək ki, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA