30 iyulda - Ağdam torpağının yetirdiyi igidlərdən biri, Azərbaycanin Milli Qəhrəmanı şəhid Nadir Əliyevin dünyaya göz açdığı gündür, 59 yaşı tamam oldu.

Nadirin Əliyevin canından çox sevdiyi Ağdam düşmən işğalından azad edilmişdir. Onun dünyaya göz açdığı bu günü bu il daha yüksək əhval-ruhiyyə ilə qeyd edirik. Əslində, torpaqlarımızın işğaldan azad olunacağına inamımız keçən illər ərzində də bizi tərk etməmişdi. Bir zamanlar “Bədii həqiqətlər öz ardinca tarixi həqiqətləri gətirəcək. Biz Zəfər yoluna qədəm qoymuşuq. Bayrağımız Şuşada, Xankəndidə dalğalanacaqdır!” - deyərək bir yola çıxdım. Milyonlarla yolçusu olan bu məslək, əqidə yolunun - Zəfər yolunun önündə Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan cənab İlham Əliyev qətiyyətlə, müdrikliklə, əminliklə, Öndər sayağı addımlayırdı. Bu yol bizi 2020-ci illdə 44 günlük Vətən Müharibəsində əldə etdiyimiz Böyük Qələbəyə çatdırdı.

İllər öncə dövlətimizin başçısının hamımızın ürəyindən xəbər verən fəaliyyətindən ruhlanaraq inamla, daxildən gələn sonsuz istəklə mən də o milyonlardan biri kimi cəsarətlə bu yolda irəliləməyə başladım. Uğur gətirəcəyinə əminliklə anam Zəngəzurlu Sona Mübarək qızının soyadını - “Hacıbəyli”ni özümə ədəbi təxəllüs seçdim. Azərbaycanın fədakarlıq məktəbi:

Milli Qəhrəman Nadir Əliyev 30 iyulda - Ağdam torpağının yetirdiyi igidlərdən biri, Azərbaycanin Milli Qəhrəmanı şəhid Nadir Əliyevin dünyaya göz açdığı gündür, 59 yaşı tamam oldu.

Nadirin Əliyevin canından çox sevdiyi Ağdam düşmən işğalından azad edilmişdir. Onun dünyaya göz açdığı bu günü bu il daha yüksək əhval-ruhiyyə ilə qeyd edirik. Əslində, torpaqlarımızın işğaldan azad olunacağına inamımız keçən illər ərzində də bizi tərk etməmişdi. Bir zamanlar “Bədii həqiqətlər öz ardinca tarixi həqiqətləri gətirəcək.

Biz Zəfər yoluna qədəm qoymuşuq. Bayrağımız Şuşada, Xankəndidə dalğalanacaqdır!” - deyərək bir yola çıxdım. Milyonlarla yolçusu olan bu məslək, əqidə yolunun - Zəfər yolunun önündə Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan cənab İlham Əliyev qətiyyətlə, müdrikliklə, əminliklə, Öndər sayağı addımlayırdı. Bu yol bizi 2020-ci illdə 44 günlük Vətən Müharibəsində əldə etdiyimiz Böyük Qələbəyə çatdırdı.

İllər öncə dövlətimizin başçısının hamımızın ürəyindən xəbər verən fəaliyyətindən ruhlanaraq inamla, daxildən gələn sonsuz istəklə mən də o milyonlardan biri kimi cəsarətlə bu yolda irəliləməyə başladım. Uğur gətirəcəyinə əminliklə anam Zəngəzurlu Sona Mübarək qızının soyadını - “Hacıbəyli”ni özümə ədəbi təxəllüs seçdim. Bu yolda layiqli töhfə verməli olduğumu dərk etdiyimdəm əlimdən gələni əsirgəməcəyimə dair özümə verdiyim sözümə sadiq qalaraq Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin və Prezident cənab İlham Əliyevin dövlət və ordu quruculuğu sahələ-rində, Azərbaycan həqiqətlərinin dünya birliyinə çatdırılması istiqamətində tarixi fəaliyyətlərinin tərənnüm olunduğu “Doxsan dördün payızı”, Sədərək şəhidləri-nin əziz xatirəsinə ithaf olunmuş “Vətən daşı”, Azərbaycanın Milli Qəhrəmanı, Silahlı Qüvvələrimizin giziri Mübariz İbrahimovun misilsiz cəsarəti və şücaətini əks etdirən “Addım at!”, Azərbaycanın Milli Qəhrəmanı, Azərbaycan Respublikası təhlükəsizlik orqanlarının zabiti Nadir Əliyevin döyüş və həyat yolundan bəhs edən “Zəfər yolu”, Azərbaycanın Milli Qəhrəmanı, tibb xidməti zabiti, həkim Gültəkin Əsgərovanın əziz xatirəsinə ithaf olunmuş “Ana haqqı” və Azərbaycanın Milli Qəhrəmanı Səfiyar Behbudovun ömür yolunu canlandıran “Qürur dastanı” poemalarını qələmə aldım.

***

“Zəfər yolu” Azərbaycanın Milli Qəhrəmanı Nadir Alış oğlu Əliyevin əziz xatirəsinə həsr olunmuşdur. Nadir Əliyev 30 iyul 1962-ci ildə Kolanı obasının Əliağalı kəndində anadan olmuşdur. 1977-ci ildə həmin kənddəki orta məktəbin səkkizinci sinfini bitirib Bakı Politexnik Texnikumuna daxil olmuşdur. 1982-85-ci illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsində, 1986-1991-ci illərdə Ru-siyanın Moskva şəhərində DTK-nın ali məktəbində təhsil almışdır. Ailəli idi. Bir oğlu, bir qızı var. 1991-ci ildə Moskvada təhsilini başa vurub, leytenant rütbəsilə Bakıya qayıtdıqda Azərbaycanın təhlükəsizlik orqanlarının mərkəzi aparatında iş təklif olunsa da o, Qarabağ bölgəsinə göndərilməsini qətiyyətlə xahiş edib istəyi-nə nail olmuşdu. Nadir Əliyev yorulmadan qışın sərt soyuğunda belə düşmənlə üzbəüz kəndlərdə qalıb gecələyir, onların müdafiəsində iştirak edən döyüşçüləri-mizlə kəşfiyyata çıxır, ermənilərin hərbi birləşmələri və bazalarının yerlərini mü-əyyənləşdirir, düşmənlərin arxasına keçib mühüm məlumatlar əldə edirdi. O, heç bir məhrumiyyətdən çəkinmir, düşmənə aman verməyəcəyinə and içirdi. 1992-ci ilin iyun ayının 12-də Ağdərənin Sırxavənd, Bəşirlər, Qazançı, Qaraşlar, Gican kəndlərinin düşməndən təmizlənməsində Nadir Əliyevin də xüsusi xidmətləri olmuşdur. Sırxavənd uğrunda döyüşdə silahdaşı, Azərbaycanın Milli Qəhrəmanı polkovnik-leytenant Şirin Mirzəyevin  həlak olması onu çox mütəəssir etmişdi. Nadir Əliyev doğma Ağdamın Qiyaslı kəndi uğrunda döyüşlərdə 1993-cü ilin iyul ayının 22-də qəhrəmancasına həlak olmuşdur. Azərbaycan Respublikası Pre-zidentinin 9 oktyabr 1994-cü il tarixli Fərmanı ilə ölümündən sonra baş leytenant Nadir Alış oğlu Əliyev “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.

Poema yazılmaqda ikən 2016-cı il aprel döyüşlərində işğal altında olan torpaqlarımızın bir hissəsi azad olundu və bu da əsərin adına çevrildi - “Zəfər yolu”. 

***

...30 iyul 2021-ci il tarixdə Təbriz küçəsində yerləşən “Bakı” restoranının çay evində  “Qafqaz-Media” İctimai Birliyinin sədri Azadə Hüseynova, İB-nin sədr müavini Mrdaməd Əzizov, “Alyans” Azərbaycan Xüsusi Xidmət Orqanları Veteranlarının İctimai Birliyinin Qadınlar təşkilatıının rəhbəri, müharibə veteranı İradə Sadıqova, Ağdamlı ziyalılar - şair Zakir Ağdamlı, Əməkdar jurnalist Bəbir Hüseynov, Firdovsi Sadıqov, Milli Qəhrəmanları Tanıtım İctimai Biriliyinin Nərimanov şöbəsinin rəhbəri Ədhəm Məmmədov və digər qonaqların iştirakı Azərbaycanın Milli Qəhrəmanı Nadir Əliyevin anadan olmasının 59-cu ildönümü münasibətilə keçirilmiş tədbirdə iştirak etdilər. Azadə Hüseynova “Qafqaz-Media”nın “Nur üzlü şəhidim” medalını Milli Qəhrəmanın ailəsinə çatdırılması üçün Azər Hacıbəyli və İradə Sadıqovaya təqdim etdi.

Azər Hacıbəyli Səlimov,

Yazıçı-publisist, “Azərbaycanın fədakarlq məktəbi”silsiləsinin ideya müəllifi

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA