Moskva şəhəri ətrafında yerləşən "Patriot" parkında "Beynəlxalq Ordu Oyunları - 2021" yarışlarının təntənəli bağlanış mərasimi keçirilib.

Müdafiə Nazirliyinin rəsmi saytının məlumatına görə, mərasimdə Azərbaycan Respublikasının müdafiə nazirinin müavini - Quru Qoşunların komandanı general-mayor Ənvər Əfəndiyev və yarışlarda təmsil olunan digər dövlətlərin nümayəndələri iştirak ediblər.

Bağlanış mərasimində Rusiyanın tanınmış ifaçılarının, o cümlədən "Mədəniyyət Ordusu" müsabiqəsində iştirak edən komandaların birgə konsert proqramı baş tutub.

Tədbir atəşfəşanlıqla sona çatıb.

Qeyd edək ki, Azərbaycan hərbçiləri "Beynəlxalq Ordu Oyunları - 2021" yarışları çərçivəsində Rusiyada "Tank biatlonu" və "Mədəniyyət Ordusu", İran İslam Respublikasında "Dəniz kuboku", Qazaxıstanda "Artilleriya atəşinin ustaları" müsabiqələrində uğurla iştirak edib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA