Azad edilən ərazilərdə yerləşən hərbi hissələrdə Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə tədbirlər keçirilib.

Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər veririk ki, tədbirlərin məqsədi Vətən müharibəsində canından keçən şəhidlərimizin, eləcə də döyüşlərdə iştirak edən igid Azərbaycan övladlarının tanınması və tanıdılması, xatirələrinin ehtiramla yad edilməsidir.  

Görüşlər zamanı ehtiyatda olan hərbi qulluqçular şəhid və yaralı döyüş yoldaşları haqqında xatirələrini bölüşüblər.

Qeyd edək ki, tədbirlərdə tarixi Qələbə haqqında viktorina keçirilib və qaliblərə xatirə hədiyyələri təqdim edilib.

Sonda şəxsi heyətə Vətən müharibəsinə həsr olunmuş sənədli film nümayiş olunub və "Əsgər məktubu" layihəsi çərçivəsində hərbi qulluqçular doğmalarına məktublar yazıblar.

E.ŞİRİNOV

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA