Otuz iki sahibkarın MTN-də soğan kimi soyulmasının şok detalları “Təzadlar”da -İTTİHAM AKT-ında nələr yoxdur?

Xəbər verildiyi kimi, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şixəliyev, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərovun cinayət işi üzrə materiallar artıq məhkəmə baxışına verilmişdir. Ortada çoxsaylı  zərəçəkmiş sahibkarlar var. MTN-nin yüksək rütbəli şəxsləri sözün əsl mənasında sahibkarlara qənim kəsiliblərmiş.

Onlar (32 nəfər) aşağıdakılardır: Səfərov Hüseyn Nəriman oğlu, Qurbanov Mehrac Qurban oğlu, Cəfərov Etibar Vahid oğlu, Qurbanov Akif Teymur oğlu, Abdullayev Orxan Elman oğlu, Hacıyev Cavidan Mustafa oğlu, Musayeva Railə Rafkat qızı, Əliyev Kəramət Etibar oğlu, Əliyev Zaur Ağahüseyn oğlu, İsmayılov Afət Davud oğlu, Rəşidov Azad Niyazi oğlu, Salahov Müsənnif Hilal oğlu, Seyidov Ceyhun Mahmud oğlu, Mirzəyev Əhməd Məhəmməd oğlu, İsmayılov Sərdar Əhməd oğlu, Əliyev Elvar Layıq oğlu, Nəcəfov Seyran Burhan oğlu, Kərimov Rauf Faiq oğlu, Bağırov Qulam Davud oğlu, Baloğlanov Qüdrət Baloğlan oğlu, Zeynalov İbrahim Məhəmməd oğlu, Həsənov Rauf Qasım oğlu, Əliyev Ələddin Hüseyn oğlu, Heydərov Anar Sadıx oğlu, Sultanov Bahəddin Abdulla oğlu, Mədətov Elşən İsmayıl oğlu, Ağamalıyev Ağasalam Mövlud oğlu, Rzayev Namil Heydər oğlu, Əliyev Etibar Mahmud oğlu, Kazımov Nizami Firudin oğlu, Həsənəliyev Əfsəl Xanlar oğlu və Bayramova Esmira Məcid qızı.

***

“Təzadlar” “İttiham Aktı”nı əldə edib. Zərərçəkmiş Hüseyn Səfərov ifadəsində 2 milyon dollar pulunu MTN-də Mövlam Şıxəliyevə necə verməsindən danışıb. İttiham AKT-ına görə, təqsirləndirilən keçmiş MTN-nin bu yüksək rütbəliləri sahibkarları qorxudub-həbs edib, hədə-qorxu gələrək pul tələb edib, külli miqdarda rüşvət alıblar. Mövlam Şixəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov həmin Məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində qətimkan tədbiri seçilib.

Zərərçəkmiş Hüseyn Səfərovun ifadəsindən: “...Dindirilmiş Səfərov Hüseyn Nəriman oğlu ifadəsində göstərmişdir ki, 2004-cü ildən 2009-cu ilin dekabr ayına kimi “Kapital Bank''ın “Tərəqqi” filialının müdiri vəzifəsində işləmişdir. 01 oktyabr 2008-ci il tarixdə işlətdiyi mobil nömrəyə xatırlamadığı nömrədən zəng edilərək keçmiş MTN-nə çağırmışlar. O, İstintaq Baş idarəsinin şöbə rəisi Vüsal Ələkbərovun yanında olmuş, Vüsal Ələkbərov Mahir adlı müstəntiqə onun izahatını almağı tapşırmış, sonra isə hədə-qorxu gəlib “Biz nə deyirik onu yaz, problem yaratma, hər şeyi düz danış” deməklə ona təsir göstərərək  “Texnikibank”ın filial müdiri Zal Yusifovla əlbir olduğunu demişdir. O, Zalla heç bır əlaqəsi olmadığını izah etsə də Vüsal “İndi Zal üzünə durar, sən də görərsən” demişdir. Bundan sonra o, Zalın barəsində cinayət işinin istintaqı aparıldığını və işin Vüsal Ələkbərovun icraatında olduğunu başa düşmüşdür. Həmin gün o, bilmişdir ki, Zalla əlbir olub filiala övladının tanışlarının vasitəsilə qoyulmuş pulların mənimsənilməsində iştirak etməkdə günahlandırılanlar da tutulmuşdur. Əslində isə həmin filiala qızları Səkinə Seyidova 100.000 ABŞ dolları, Günay Məmmədova isə 30.000 ABŞ dolları, oğlu Rüstəm Səfərov 125.000 ABŞ dolları qoymuş, xatırlamadığı tanışlarının da həmin filialda əmanətləri olmuşdur. Növbəti dindirmədə  ondan nə qədər pul ödəyə biləcəyini soruşmuş, o,  pulunun olmadığını dedikdə Vüsal ona zəng edərək gün ərzində bir neçə dəfə 2.000.000 ABŞ dolları tələb etmiş, o isə pulu verə bilməyəcəyini demiş və iki gündən sonra Səbail rayon Məhkəməsinin qərarı ilə o, üç aylıq həbs edilmişdir (həbsdə olduğu müddətdə Vüsal müntəzəm olaraq ondan təklikdə 2.000.000 ABŞ dolları verməyi tələb etmiş, imkanının olmadığına and içdikdə isə “Verməyəcəksən, qalacaqsan, heç burdan çıxa bilməyəcəksən” demişdir. Həmin ərəfədə MTN işçiləri onun bacısının qaynı Nizami Kazımovu da tutub pul tələb etmişlər və Nizami tələb edilən pulu verdikdən sonra sərbəst buraxılmışdır. Vüsal Ələkbərov 2008-ci ilin dekabr ayında ona “Sənin yaxın qohumun Nizami çatdırdı pulu, onu buraxdıq, sən içəridə qalacaqsan” demişdir. Bundan sonra məcbur olaraq vəkili vasitəsi ilə evə xəbər göndərib həbsdə qalmağa dözə bilməyəcəyini bildirmiş və sərbəst buraxılması üçün 2.000.000 ABŞ dolları pul tapmalarını demişdir. Nizami Kazımov həbsdən çıxandan bir həftə sonra Vüsal Ələkbərov öz xidmətl otağında  onun yanında oğlu Rüstəmə zəng edərək pulu soruşmuş, Rüstəm isə pulun hamısını düzəltdiyini demiş, oğlunun ad günündən 1-2 gün qabaq, yəni 14 və ya 15 dekabr tarixlərdə Rüstəm və kürəkəni Məmməd Məmmədov günortadan sonra MTN-nin binasının yanında Vüsal Ələkbərova pulu vermişlər. Vüsal Ələkbərov pulu alıb gətirəndə həmin vaxt o da Vüsalın otağında olmuşdur. Vüsal əlində “Nike” markalı qara rəngli çantanı adını və  görünüşünü xatırlmadığı iki nəfərlə birlikdə gətirmiş, içərisində 1.650.000 ABŞ dolları  olduğunu və oğlu Rüstəmdən aldığını, həmçinin pulun qalanını çıxandan sonra çatdıracağını demişdir. Növbəti gün həkim komissiyası çağırılmış, ona baxılaraq ağır xəstəliyi diaqnozu verilmişdir. Səhhətində həqiqətən də problem olmuşdur. Belə ki, ürək, təzyiq və digər xəstəliklərindən əziyyət çəkmişdir. Vüsal Ələkbərovla danışığına əsasən həmin gün buraxılmalı olsa da, sonuncu ona “Hələ rəhbərlik deyir ki, gözlə” demişdir. Vüsal “rəhbərlik” deyəndə Eldar Mahmudovu nəzərdə tutmuşdur. Beləcə 19 dekabr 2008-ci ildo günorta saatlarında Vüsal Ələkbərovun otağında oturub buraxılması üçün Eldar Mahmudovun komandasını gözləmişlər, bu zaman istintaq baş idarəsinin rəisi Mövlam Şıxəliyev Vüsal Ələkbərova zəng etmiş və danışıqdan aydın olmuşdur ki, Eldar Mahmudov onun buraxılmasına razılıq vermişdir. Həmin gün Vüsal Ələkbərovun qərarı ilə onun barəsində həbs qətimkan tədbiri xəstəliklə əlaqədar başqa yerə getməmək haqqında iltizam tədbirinə dəyişdirilmiş və o, saat 18:00 radələrində MTN-nin İstintaq təcridxanasından buraxılmışdır. MTN-dən çıxanda oğlu və digər qohum-əqraba onu qarşılayıb evə  aparmışlar. Oğlu Rüstəmdən öyrənmişdir ki, oğluna, qızlarına və özünə məxsus “BMV-X6”, “Hyundai”, “Lexus”, “RanCıe Rover” markalı avtomaşınlar, evdə olan bütün qızıl zinət əşyaları satılmış, bir nəfərdən borc müqaviləsi ilə 330.000 manat, yəni 400.000 ABŞ dolları, çoxlu sayda qohum- əqrabadan borc alınmaqla toplanmış cəmi 1.650.000 ABŞ dollarını kürəkəni Məmməd Məmmədovla birilkdə aparıb Vüsal Ələkbərova  vermişlər. Bundan sonra bütün ailə üzvlərinin adına bankdan kredit götürərək qalan 350.000 ABŞ dollarını Vüsala çatdırmışdır. Belə ki, Vüsal 055 və ya 050-354-01-10 nömrəsindən onun istifadəsində olan 050-218-00-31 saylı nömrəsinə zəng edib işə xitam verilməsi üçün qalan pulun çatmalı olduğunu demiş, hətta pul iki dəfəyə çatdığından ondan əlavə 500 000 ABŞ dolları tələb etmiş, o isə yalvarandan sonra 350.000 ABŞ dollarına razılaşmışdır. Həmin vaxtdan təxminən 3-4 ay sonra, 2009-cu ilin aprel ayında dəqiq yadında qalmayan tarixdə MTN-nin arxa buraxılış məntəqəsinin qarşısında oğlu Rüstəmlə birlikdə pulu Vüsala vermiş, bundan sonra isə 2009-cu ilin iyun ayında onun barəsində cinayət təqibinə xitam verilmişdir...

(Davamı var)

"Təzadlar"

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA