Donetsk vilayətinin Nikolaevka şəhərində rus döyüşçüləri məktəbi atəşə tutublar.

Tezadlar.az bildirir ki, bu barədə Donetsk Regional Hərbi Administrasiyasının rəhbəri Pavel Kirilenko Telegram-da məlumat verib.

“Mülki vətəndaşlar üçün bomba sığınacağı olan məktəb Nikolaevkada rus işğalçıları tərəfindən atəşə tutulub”.

Kirilenko əlavə edib ki, atəş ilkin məlumatlara görə, təxminən saat 5:00 radələrində S-300 raketi ilə həyata keçirilib. Həmin vaxt bomba sığınacağında iki uşaq və bir əlil olmaqla 12 nəfər olub.

Onun sözlərinə görə, ruslar birbaşa məktəb binasını hədəfə alıblar.

"Divarlar uçub. Lakin bomba sığınacağı xoşbəxtlikdən salamat qalıb - orada olanlar xəsarət almayıb. Məktəbdə işləyən bir nəfər haqqında hələ ki, məlumat yoxdur - onun axtarışları hələ də davam edir", - Kirilenko bildirib.

O qeyd edib ki, bu məktəbin hərbi obyektlə heç bir əlaqəsi yoxdur, rusların şəhərdə mütəmadi olaraq həyata keçirdiyi çoxsaylı hücumlardan yerli dinc sakinlər orada gizləniblər.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA