Füzuli rayonu Bala Bəhmənli kəndində şəhidlərimizin xatirəsinə ucaldılmış abidənin açılış mərasimi keçirilib. Açılışda Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri , qazilər, ictimaiyyət nümayəndələri iştirak edirdilər.
Bu barədə millət vəkili Vüqar Bayramov bildirib.
Millət vəkili vurğulayıb ki, öncə Azərbaycan Respublikasının dövlət himni səsləndirildi və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
"Çıxışlarda ordumuzun şanlı qələbəsi ilə başa çatmış Vətən müharibəsində 30 illik işğalın məhz şəhidlərimizin qəhramanlığı ilə sona çatdırıldığı vurğulandı. Hərbi əməliyyatlarda qəhrəman oğullarımızın nümayiş etdirdikləri misilsiz rəşadətin hamımızı qürurlandırdığını, onların həyat yolunu, qəhrəmanlıq nümunələrini öyrənmək və təbliğ etmək hamımızın borcu olduğu bildirildi.
Daha sonra şəhid və qazi ailələrinin üzvləri çıxış edərək Dövlətimizin onlara göstərdiyi diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildirdilər. Yekunda məktəblilərin ifasında Vətənə, şəhidlərimizə həsr olunan şeirlər səsləndirildi, ədəbi-bədii kompozisiyalar nümayiş etdirildi", - Vüqar Bayramov bildirib.
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA