Rusiya döyüşçüləri gün ərzində Ukraynaya 5 raket və 11 hava zərbəsi endirib, 50-yə yaxın yaşayış məntəqəsi zərər çəkib.

Tezadlar.az xəbər verir ki, bu barədə Baş Qərargahın saat 6:00-a olan xülasəsində deyilir.

“Son sutka ərzində rus döyüşçüləri 5 raket və 11 hava zərbəsi endirib, dövlətimizin ərazisindəki hərbi və mülki hədəflərə çoxsaylı reaktiv yaylım atəş sistemlərindən 100-dən çox hücum həyata keçirib”, - məlumatda deyilir.

Belə ki, Slavyansk, Kramatorsk, Baxmut, Dnepr, Krivoy Roq, Nikolayev, Nikopol, Voznesensk, Pavlovka, Vısokopole, Beloqorka və Mirnoe də daxil olmaqla 50-yə yaxın yaşayış məntəqəsi raket zərbələrindən zərər çəkib.

Qeyd edək ki, dünən ruslar yenidən Dneprə raket zərbələri endirib, nəticədə, bir nəfər ölüb, iki nəfər yaralanıb. Bundan əlavə, ruslar Nikolaevdə kaset mərmiləri atdılar. İctimai nəqliyyat dayanacağı yaxınlığında baş verən partlayış nəticəsində ölənlər var.

Dünən eyni zamanda, ruslar kamikadze pilotsuz uçan aparatlarla Odessa və Nikolaevskayaya hücum edib, onlardan ikisi Odessaya yaxınlaşarkən vurulub.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA