"Ermənistanın son bir ildə atdığı rəsmi addımlar açıq-aşkar revanşist istəyinin prioritet olduğunu göstərir".

Bu fikirləri Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Formunun Prezidenti, eyni zamanda AzTU-da İctimai Şuranın üzvü Osman Gündüz bildirib. 

O, Ermənistanın hərbi xərclərə yönləndirdiyi  vəsaitə, aldığı silah-sursata, erməni diasporasının ölkədəki innovasiyalara və startaplara etdiyi yatırımlara diqqət çəkib:

“ Ermənistan 2023 - cü il üçün hərbi büdcəni 47% artıraraq 1.3 milyard dollara çatdırmağı nəzərdə tutub. Bu, müharibədən məğlub çıxan Ermənistanın büdcəsi üçün böyük məbləğdir. Cari il, elə ötən il də bu ölkənin hərbi xərcləri təxminən 865 milyon dollar civarında olub.

 İndi məlum olur ki, Hindistanla imzalanan müqavilə əsasında Ermənistan 245 milyon dollarlıq hərbi silah-sursat da alıb. ABŞ -dakı erməni diaspora cəmiyyəti ANCA məlumat yayıb ki, 1991-ci ildən sonra ilk dəfə Ermənistanın ABŞ-dan silah alması məsələsi nəzərdən keçirilir. Ermənistan cari ildə kredit hesabına İspaniyanın SATLANTİS şirkətininin dəstəyi ilə ArmSat1 yerin müşahidə peykini hazırlayıb və gələn il onun idarəedilməsi üzrə infrastuktur qurmağı da planlayıb. Müşahidələrimiz onu deməyə əsas verir ki, erməni diasporası və erməni milyaderləri, xeyli xarici investorlar Ermənistanda texnologiyalara, innovasiyalara və startaplara, tədqiqatlara, İT hazırlığa hədsiz böyük investisiyalar yatırırlar”, - deyə ekspert vurğulayıb.

 Osman Gündüz  ermənilərin qısa zaman kəsiyində dövlət büdcəsini artırmağın yolları üzərində baş sındırdıqlarını deyib:

“Bütün bunlar onu göstərir ki, Ermənistanda hökumət və ya hökumətin qərarlarına təsir edən qüvvələr tam revanşist siyasət yürüdürlər. Altdan-altdan öz məkrli işlərini davam etdirirlər.

Müharibədən məğlub çıxan ölkə indi çox zəifdir. Amma hər an fərqində olmalıyıq ki, düşmən ölkə yatmayıb”, - deyə o, bildirib.

Xatırladaq ki,  Prezident İlham Əliyev Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə görüşdə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesi barədə danışarkən vurğulayıb ki, sülh müqaviləsi üzərində işə başlamaq barədə bizim təklifimiz hələlik cavabsız qalır, lakin biz hələ ümid edirik ki, bu təklif müsbət qəbul ediləcək.

“Ümid edirik ki, 2020-ci il noyabr Bəyannaməsinin implementasiyası məqsədilə məhz kommunikasiyaların açılması, Azərbaycan yüklərinin və vətəndaşlarının Naxçıvan Muxtar Respublikasına maneəsiz çatdırılmasının təmin edilməsi kontekstində də praktiki addımlar atılacaq. Bu, Ermənistan tərəfinin hüquqi öhdəliyidir. Lakin təəssüf ki, İkinci Qarabağ müharibəsinin başa çatmasından ilyarımdan çox keçməsinə baxmayaraq Bəyannamənin həmin bəndi indiyə qədər yerinə yetirilməyib”,- deyə prezident vurğulayıb. 

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA