Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və onun rəhbərlik etdiyi nümayəndə heyətinin iştirakı ilə birgə kollegiya iclası keçirilib. İclasda cari ilin ötən dövründə görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub.

İclasdan əvvəl ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi, daha sonra Heydər Əliyev Muzeyi ziyarət edilib.

İclası giriş sözü ilə açan Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ölkəmizdə əhalinin sosial müdafiəsinin təmin edilməsi istiqamətində görülən işlərdən və qarşıya qoyulan hədəflərdən danışıb. Sahil Babayev bildirib ki, son illərdə nazirliyin müxtəlif fəaliyyət istiqamətləri üzrə göstərilən xidmətlər təkmilləşdirilib, bir sıra yeniliklər tətbiq edilib. Nazir muxtar respublikada əhalinin sosial müdafiəsi sahəsində görülən işləri yüksək qiymətləndirib, bu sahədə qarşılıqlı əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Nicat Babayev isə məruzəsində qeyd edib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulan və əhalinin rifahına yönələn sosial siyasət modeli bu gün Naxçıvanda uğurla davam etdirilir. Muxtar respublikada əmək resurslarından səmərəli istifadə olunur, əhalinin məşğulluğunun təmin olunması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər icra edilir.

Diqqətə çatdırılıb ki, muxtar respublikada Vətən müharibəsi iştirakçıları və şəhid ailələrinin müraciətlərinə xüsusi həssaslıqla yanaşılır. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı əsasında şəhid ailələri və müharibə zamanı sağlamlıq imkanlarını qismən itirmiş şəxslər mənzil və avtomobillərlə təmin olunur, müharibədən zərərçəkmiş şəxslərin məşğulluq məsələlərinin həlli diqqətdə saxlanılır, bu kateqoriyadan olan şəxslərin iştirakı ilə bir sıra sosial layihələr icra edilir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Fərmanı əsasında yaradılmış “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu” tərəfindən müvafiq kateqoriyadan olan ailələrin mənzil-məişət şəraiti yaxşılaşdırılır, həmçinin muxtar respublikadan kənarda müalicə alanların xərcləri qarşılanır, kredit borcları və təhsil haqları ödənilir. Müharibə iştirakçıları zəruri hallarda reabilitasiya vasitələri ilə təmin edilir, onlara psixoloji xidmətlər göstərilir.

Sonra Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Himalay Məmişov və Naxçıvan Muxtar Respublikası “Dövlət Sosial Müdafiə Fondu” Publik Hüquqi Şəxsin sədri Rasim Bağırov çıxış edərək ilin ötən dövrü ərzində görülmüş işlər haqqında iclas iştirakçılarına məlumat veriblər.

Kollegiya iclası nazirliklərin strukturuna daxil olan müxtəlif qurumların rəhbərlərinin hesabat dövrü ərzində görülmüş işlərə dair çıxışları ilə davam etdirilib, müvafiq dövrə aid statistik göstəricilərin əks olunduğu slaydlar nümayiş etdirilib.

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin digər vəzifəli şəxsləri kollegiya iclasına onlayn qaydada qoşulub, müzakirələrdə iştirak ediblər.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA