Avstraliya hakimiyyəti Donetsk və Luqansk Xalq Respublikalarının, Zaporojye və Xerson vilayətlərinin 28 nümayəndəsinə, habelə nazirlərə və yüksək rütbəli məmurlara qarşı sanksiya tətbiq etmək niyyətindədir.

Tezadlar.az TASS-a istinadən xəbər verir ki, bu barədə Avstraliya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, onlar, xüsusən, DXR və LPR, Zaporojye və Xerson vilayətlərinin Rusiyaya birləşdirilməsi ilə bağlı referendumların təşkilində və keçirilməsində iştirak etmiş şəxslərə şamil ediləcək. Sanksiyaya məruz qalanların siyahısı verilmir.

Qeyd edək ki, sentyabrın 23-dən 27-dək DXR və LXR-də, həmçinin Zaporojye və Xerson vilayətlərində Rusiyaya birləşmək üçün referendumlar keçirilib. Sakinlərin böyük əksəriyyəti Rusiya Federasiyasına qoşulmağın tərəfdarı idi. Cümə günü Rusiya prezidenti Vladimir Putin və Donetsk və Luqansk Xalq Respublikalarının, Zaporojye və Xerson vilayətlərinin rəhbərləri bu regionların Rusiyaya birləşdirilməsi haqqında saziş imzalayıblar.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler


IMAGE
ƏN BÖYÜK AĞDAMLI...
Friday, 02 December 2022
By Asif MEMMEDOV
IMAGE
QOŞA "BEŞ"İN MÜBARƏK!
Monday, 28 November 2022
By Elman ELDAROĞLU

Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA