10 oktyabr 2022-ci il səhər saatlarınsa Rusiya yenidən Kiyevə hücum edib. Şəhərdə hava hücumu xəbərdarlığı elan edildikdən sonra bir neçə partlayış səsi eşidilib.

Hava zərbəsi təhlükəsi saat 6:47-də elan edilib və səhər saat 8-dən sonra Kiyevdə 3-4 partlayış baş verib.

Tezadlar.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə şəhərin meri Vitali Kliçko bildirib.

Partlayışlar Şevçenko rayonunda qeydə alınıb.

"Şevçenkovski rayonunda - paytaxtın mərkəzində bir neçə partlayış baş verib. Bütün xidmətlər öz yolundadır", - o, Telegram-da bildirib.

Kliçko detalları daha sonra açıqlayacağını da vurğulayıb.

"Kiyevdə raketlərdən biri Volodimirska küçəsində Qruşevskinin abidəsi yaxınlığında düşüb. Xilasedicilər işləyir", - Daxili İşlər Nazirliyi rəhbərinin müşaviri Anton Geraşenko öz Telegram kanalında yazıb.

Kiyevdə müxtəlif yerlərdə bir neçə zərbə nəticəsində yaralananlar və ölənlər var. Məlumat dəqiqləşdirilir.

Bu barədə Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin mətbuat katibi Svetlana Vodolaqa məlumat verib.

Rusiya Krım körpüsünün uçmasına cavab olaraq Ukraynanı vurmaqla hədələyib.

Oktyabrın 8-də Krım körpüsünün uçmasından sonra bir sıra rusiyalı təbliğatçılar Ukraynaya qarşı təhdidlərə başlayıblar. Onlar Ali Radaya zərbə endirməklə, hətta nüvə silahından istifadə etməklə hədələyiblər.

Putin Ukrayna xüsusi xidmət orqanlarını Krım körpüsünü dağıtmaqda ittiham edib və bunu “terror hücumu” adlandırıb.

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev növbəti “sensasiyalı” bəyanatla çıxış edib. Bu dəfə o bildirib ki, Krım körpüsünün partladılması “Ukrayna tərəfindən həyata keçirilən terror aktıdır”.

Onun fikrincə, bu “terror aktına” cavab ancaq “terrorçuların” birbaşa məhv edilməsi ola bilər.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA