Rusiyanın Ukraynayada apardığı hərbi əməliyyatların miqyası genişlənib...

Ölkənin tarixi şəhərləri yenidən bombalanmağa başlayıb.

Beləki, oktyabrın 10-da səhər saatlarında Rusiya silahlı qüvvələri Lvova raket zərbələri endirib.

 Bu barədə şəhərin meri Andrey Sadovı öz Telegram kanalında məlumat verib.

"Elektrik enerjisi olmadığı üçün şəhərin istilik elektrik stansiyalarının fəaliyyəti müvəqqəti dayandırılıb. Buna görə də isti su verilmir. Şəhərə suyun verilməsini bərpa etmək üçün bir neçə nasos stansiyasında ehtiyat elektrik generatorları işə salınıb", - deyə o, yazıb.

Lvov merinin sözlərinə görə, şəhərin bir hissəsi işıqsız qalıb, işıqforların üçdə biri işləmir.

Lvov vilayətinin rəhbəri Maksim Kozitski də bildirib ki, enerji infrastrukturu obyektlərinə zərbə vurulub. O, Lvov vilayətinin sakinlərini sığınacaqlarda qalmağa çağırıb. Qeyd edilib ki, yeni raket zərbələri təhlükəsi var.

Ukrayna KİV-nin məlumatına görə, Rusiya tərəfi Dnepr, Jitomir, Xmelnitsk və Ternopol vilayətlərini də raket atəşinə tutub. Həmçinin Xarkov və Odessaya da raket atıb.

Qeyd edilir ki, Kiyevə atılan raketlərdən biri Ukrayna Prezidenti Volodimir Zelenskinin ofisinin yaxınlığına düşüb. Ukrayna Daxili İşlər Nazirliyinin açıqlamasına görə, raket hücumları nəticəsində 8 nəfər ölüb, 24 nəfər isə yaralanıb.

Xatırladaq ki, 2022-ci ilin fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin qondarma Donetsk və Luqansk “Xalq Respublikaları”nın Rusiya tərəfindən tanınması barədə fərman imzaladı. Fevralın 24-də isə Moskva vaxtı ilə səhər saat 5:30-da Donbassda “xüsusi əməliyyat”ın başladığını elan etdi. O, bu addımı RF-nin Ukraynanın demilitarizasiyası və denazifikasiyası üçün səy göstərəcəyi ilə əsaslandırdı.

Müharibə artıq 8 aydır ki, davam edir və bir müddət əvvəl Rusiya Prezidenti Vladimir Putin ölkədə qismən səfərbərlik elan edib.

 

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA