Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə araşdırması davam etdirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə ifadə verən şahid Səfadar Cavadov bildirib ki, o 2009-cu ildə "Şıxlı" MMC-ni təsis edib və 2014-cü ildə Əlillərin Bərpa Mərkəzinin Sumqayıt filialının elan etdiyi tenderdə iştirak ediqalib olub. Şirkət tender qalibi kimi Əlillərin Bərpa Mərkəzinə yumşaq mebellər, uşaq pereparatları alıb.

Şahid deyib ki, tenderin qalibi olandan sonra bu işləri görmək üçün ona 198 min manat ayrılıb: "Tenderdə iştirak etməyi mənə "Muğanbank"ın filial rəhbəri Arif adlı şəxs təklif edib. Mən də Arifin təklifi ilə sənədləri hazırladım və tenderdə iştirak etdim. Bizim şirkətimiz tenderdə qalib gəldi. Bizdən əlavə tenderdə 3 şirkət iştirak edirdi. Tenderin müqaviləsində göstərilən puldan heç kimə verməmişəm. 2009-cu ilədə başqa bir tenderdə iştirak etdim".

Prosesdə şahidin istintaqa verdiyi ifadəsi elan olunarkən məlum olub ki, onlar Vüqar Əhmədli vasitəsi ilə 198 min manatın 42 min manatını nazirliyinin iqtisadiyyat şöbəsinin sektor müdiri Dəyanət Fərəcova çatdırıb.

Şahid isə bildirib ki, o Vüqar Əhmədli adlı şəxsi tanımır. Hakim şahidin Vüqar Əhmədli ilə ibtidai istintaq zamanı üzləşdirildiyini bildirib və onların üzləşmə protokolunu elan edib. Protokolda qeyd edilib ki, Vüqar Əhmədli Səfadar Cavadovdan 42 min manati alıb Dəyanət Fərəcova verib.

Prosesdə ifadə verən Tural Hacıyev bildirib ki, onun adına 4 şirkət təsis edilib. Həmin şirkətlərlə nazirliyin tenderlərində iştirak ediblər və qalib olduqdan sonra Oğuz, Qusar və Xaçmaz rayonlarında əlillər, şəhid ailələri üçün nəzərdə tutulmuş 9 ev tikiblər: "Elə ev var idi 3 otaq idi, eləsi var idi ki, 2 otaq olub. Buna görə də evlərin dəyəri də fərqli olub. Hər evə görə, nə qədər pul köçürülüb, məndə dəqiq məlumatım olmayıb. Bunları atam dəqiq bilib. Mən atamın yanında işləmişəm. Atam isə 2016-cı ildə vəfat edib".

Prosesdə şahidin istintaqa ifadəsi elan olunarkən məlum olub ki, 2014-cü ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin idarə rəisi onun atası Söhbət Hacıyevi qəbul edib: "Atamın tenderdə iştirak etməsini istədi. Tenderdə nəzərdə tutulmuş əlillər və şəhid ailələri üçün Oğuz, Qusar, Xaçmaz rayonlarında tikilməsi nəzərdə tutulan 9 evin hər biri üçün 5 min manat tələb etdi. Atam da onunla razılaşdı. Atam 45 min manatı Natiq Əzizova verdi. Bundan sonra işə başladıq".
Şahid istinataqa verdiyi ifadəsini təsdiqləyib.

Digər şahid Anar Rəhimov isə deyib ki, dayısı Mirisrafil onun adına7 şirkət açıb və buna görə ona ayda 700 manat maaş verib: "Biz nazirliklə bu şirkətlər arasında müxtəlif satınalmalar üzrə müqavilələr imzalamışıq. 2016-cı ildən sonra qanunsuz iş gördüyünü anlayaraq şirkətləri adından çıxarıb: "Pulları nazirliyin nümayəndəsi olan Dəyanətə verirdim. Nazirlikdə təxminən 10 dəfə olmuşam".
Növbəti proses oktyabrın 17-də davam edəcək.

Xatırladaq ki, Səlim Müslümov 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunub.

Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunan sabiq nazir 13 ay həbsdə qaldıqdan sonra səhhətində yaranan problemlə bağlı ev dustaqlığına buraxılıb.

Səlim Müslümov ibtidai istintaq zamanı cinayət işi ilə bağlı dövlətə dəymiş 27 milyon manatın 20 milyonunu ödəyib. Həmçinin sabiq nazirin 8 milyon manatlıq əmlakı üzərinə həbs qoyulub.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA