Belarusun İstintaq Komitəsi Ukraynada belarus muzdlularının ekstremist batalyonunun təsisçiləri və üzvlərinə qarşı cinayət işi açıb.

Tezadlar.az xəbər verir ki, bu barədə çərşənbə axşamı respublikanın İstintaq İdarəsi öz saytında məlumat yayıb.

“İstintaq Komitəsinin Baş İstintaq İdarəsi tərəfindən cinayətkar qrupun rəhbərlərinə qarşı Belarus Respublikası Cinayət Məcəlləsinin 361-1-ci (“Ekstremist qrup yaratma və ya orada iştirak etmə”) maddəsi ilə cinayət işi başlanıb və artıq müəyyən edilib”, - komitənin bəyanatında deyilir.

Onun sözlərinə görə, Ukrayna, Litva və Polşa ərazisində olan bir qrup Belarus vətəndaşı “millətçilik ideyalarından ilhamlanaraq və qonşu ölkənin silahlı qruplaşmalarının şovinist ideologiyasının nümunələrinə tabe olaraq, əməkdaşlıq edib və silahlı birləşmə yaradıblar.

İstintaq Komitəsi bildirib ki, muzdlular öz tərkibində "radikal dünyanın" ən qızğın nümayəndələrini, habelə müxtəlif cinayətlər törətməkdə cinayət təqibindən gizlənən şəxsləri birləşdiriblər.

Minsk hesab edir ki, bu birləşmələr “xüsusi hərbi əməliyyat zamanı silahlı müqavimət göstərmək və sonradan Belarus Respublikasında hakimiyyətin silahlı şəkildə ələ keçirilməsi üçün” yaradılıb. İstintaq Komitəsi həmçinin bildirib ki, ekstremistlər Belarus vətəndaşlarını silahlı münaqişələrdə, Belarus ərazisində terror fəaliyyətlərində, ekstremizmin maliyyələşdirilməsində, cəmiyyətdə sosial və ideoloji düşmənçiliyin qızışdırılmasında sonradan iştirak etdikləri üçün öz sıralarına cəlb etməyə cəhd ediblər.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA