"Vaşinqton Gürcüstanda vətəndaş müharibəsi hazırlayır, ABŞ üçün bu, sınaqdan keçirdiyi hökuməti devirmək ssenarisidir".

TEZADLAR.AZ Gürcüstan mətbuatına istinadən xəbər verir ki, belə bir iddia ilə Rusiya Dövlət Dumasının Təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Adalbi Şxaqoşev çıxış edib.

Onun sözlərinə görə, bunun üçün artıq Ukraynadan Gürcüstana döyüşçülər gətirilir: “Vaşinqton Gürcüstanda böyük vətəndaş müharibəsi hazırlayır. Döyüşçülər Ukraynadan Gürcüstana köçürüləndə bunun artıq baş verdiyi aydın olur. Maydan hadisələri zamanı döyüşçülər Gürcüstandan Ukraynaya aparıldı, indi isə Ukraynadan Gürcüstana...”, - bildribi.

Xatırladaq ki, Gürcüstanın vitse-spikeri Giya Volski ötən gün ölkəyə Ukraynadan Saakaşvili tərəfdarı olan döyüşçülərin gəldiyini iddia etmişdir.

"Milli Hərəkat və Saakaşvilinin bir qrup tərəfdarının Ukraynadan gəldiyini təsdiqləyə bilərik. Gənclik enerjisindən istifadəyə cəhd edən bu döyüşçülər inqilabi prosesin gündəmdən düşməməsinə, nəticədə vətəndaş müharibəsinin, iğtişaşların yaranmasına çalışırlar”, - deyə Volski vurğulayıb.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN