Öz fikrinin olmaması, daima başqalarının məsləhəti ilə qərar verməsi Dağıstan kənd sakininin həyat yoldaşı tərəfindən döyülməsinə səbəb olub.

Mash Telegram kanalı yazır ki, Agül rayonunun Xutxul kəndinin Dağıstan kənd sakini Cəlil öz fikri olmadığı üçün həyat yoldaşı Zümrüd tərəfindən zorakılığa məruz qalıb.

Bildirilir ki, arvad ərinin bacılarının məsləhətini dinləməsindən əsəbiləşib. Nəticədə növbəti məsləhətləşmə Cəlilin döyülməsi ilə başa çatdı: Zümrüd onun gözünün altını qaraldıb, burnuna yumruqla vurub.

Zərərçəkmiş həkimə müraciət etmək məcburiyyətində qalıb.

Qeyd edək ki, hələ də ana –bacı məsləhəti ilə oturub-duran, ev idarə edən kişi 30 ilin ailə başçısıdır.

P.S. Göründüyü kimi, ağıl yaşda deyil... 30 illik ailə təcrübəsinə sahib olmaq da bəzi kişiləri ana-bacı himayəsindən çıxara bilmir və özləri, ailələri barədə qərar verməkdə, ailə başçısı olmaqda acizlik çəkirlər. Onlar hər addımları barədə anaya-bacıya məlumat çatdıraraq onların məsləhəti ilə qərar verirlər, hansı ki, bu qərarları həyat yoldaşı ilə birgə verməlidirlər. Bu isə anaların düzgün vermədiyi tərbiyənin acı nəticəsidir. Ona görə də belə evli cütlüklər illər keçsə də heç zaman nümunəvi, hörmət və ehtiramlı, sevgi dolu ailə ola bilmirlər. Və sonu  ya ayrılıqla bitir, ya da yuxarıda qeyd edilmiş heç də xoş olmayan hörmətsizliklə...  

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN