Bu gün gecə Afrika ölkəsini vuran "Freddi" tropik qasırğası nəticəsində Malavidə azı 11 nəfər ölüb, 16 nəfər itkin düşüb. Bu barədə Malavi polisinin sözçüsü Piter Kalaya məlumat verib və qeyd edib ki, əsas zərbə ölkənin iqtisadi paytaxtı - Blantir şəhərinə bitişik bölgəyə dəyib.

"Ola bilsin ki, hələ də binaların uçması nəticəsində batmış insanlar var", - "Reuters" onun sözlərindən sitat gətirib: "Hazırda intensiv xilasetmə işləri aparılır".

Martın 12-də "Freddie" Mozambikin şimalında daşqın və dağıntılara səbəb olub.

Avstraliyanın şimal-qərbində Hind okeanında 35 gün əvvəl əmələ gələn “Freddi” tropik siklonu dünyanın bu hissəsində indiyə qədər qeydə alınan ən uzun siklon olub. Afrikanın cənub-şərqində Mavrikiy, Madaqaskar, Malavi və Mozambikdə ən azı 39 nəfərin ölümünə səbəb olub. Siklon artıq 8000 km yol qət edib. İlk dəfə "Freddie" fevralın 24-də Mozambik yaxınlığında Afrikanın cənub-şərq sahillərinə düşüb. İndi o, Mozambikə qayıtıb və Malaviyə də girib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN