Rusiya İran və Səudiyyə Ərəbistanı arasında gərginliyi azaltmağa yönələcək istənilən addımı dəstəkləyəcək.

Tezadlar.az xəbər verir ki, bu sözləri Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Biz regionda, çox qeyri-sabit regionda dialoqun intensivləşməsinə kömək edə biləcək istənilən addımı alqışlayırıq. Xüsusilə də söhbət Səudiyyə Ərəbistanı və İran kimi əsas regional oyunçulardan gedirsə", - o, jurnalistlərlə söhbəti zamanı deyib.

Xatırladaq ki, martın 10-da Tehran və Ər-Riyad diplomatik münasibətlərin bərpasına dair saziş imzalayıblar. İki ay ərzində ölkələrdə səfirliklər açılacaq və yaxın günlərdə iki dövlətin xarici işlər nazirləri bu məsələni müzakirə etmək üçün görüşməlidirlər.

Qeyd edək ki, İran və Səudiyyə Ərəbistanı arasında diplomatik əlaqələr 2016-cı ildə kəsilib. Buna Səudiyyənin ofislərinə hücumlar təşkil edən şiə ilahiyyatçısı Nimr əl-Nimrin edamına etiraz edənlər kömək edib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA