Bu gün martın 13-də ukraynalı müdafiəçilər Baxmut istiqamətində, Baxmutda düşmənin hücumlarını dəf ediblər - döyüşlər isə davam edir.

Tezadlar.az Ukrayna Müdafiə Nazirliyinin Baş Qərargahına istinadla bildirir ki, rusiyalı döyüşçülər ağır itki veriblər. Sitat: “Rusiya təcavüzkarları əsas səylərini Limanski, Baxmutski, Avdeyevski, Maryinski və Şaxtyorski istiqamətlərində hücum əməliyyatlarının aparılmasına yönəltməkdə davam edir və Donetsk və Luqansk vilayətlərinin inzibati sərhədlərinə çatmaq cəhdlərini tərk etmir.
Düşmən gün ərzində 29 hava və 6 raket zərbəsi endirib. Xüsusilə, Sumı rayonunun Znob-Novqorodskoye qəsəbəsinin peşə-aqrar liseyində 1 mülki şəxs həlak olub, daha 5 mülki şəxs yaralanıb”.
 Rusiya döyüşçüləri Donetsk vilayətinin Avdiivka şəhərində də məktəbi iki raketlə vurub, nəticədə yerli sakin ölüb. Bundan əlavə, düşmən çoxsaylı buraxılış raket sistemlərindən 10-dan çox hücum edib.

Döyüşlər davam edir. Özü də  ağır itkiləri ilə...
A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA