Rusiyanın Ukraynada keçirdiyi xüsusi əməliyyat başa çatdıqdan sonra ölkədə yeni “Maydan” baş verə bilər.

Tezadlar.az xəbər verir ki, bu barədə Politico yazır.

Ukraynanın keçmiş nazirlərindən biri anonim danışaraq bildirib ki, ukraynalılar dəyişiklik, pul, ədalət və 2014-cü ildə istədikləri islahatın başa çatmasını gözləyəcəklər. O, həmçinin qeyd edib ki, Zelenski avtoritar yolları sayəsində gələcək dövlət çevrilişinin səbəblərindən birinə çevrilə bilər. Siyasətçi həmçinin dövlət başçısını ofşor maliyyə fəaliyyətində və korrupsiyaya qarşı mübarizənin səmərəsizliyində ittiham edib.

“Səs” partiyasından olan Ali Radanın deputatı İnna Sovsun da hərbi əməliyyatlar başa çatdıqdan sonra mümkün çevrilişlə bağlı xəbərdarlıq edib ki, buna haqq qazandırmaq son dərəcə çətin olacaq. Eyni fikri müxalifətçi deputat Nikolay Knyajitski də bölüşüb. O, bildirib ki, Zelenski hakimiyyəti ələ keçirmək, mətbuata nəzarət etmək və büdcə pullarını manipulyasiya etmək üçün müharibə vaxtından istifadə edir.

Ukraynada işləmiş keçmiş ABŞ diplomatı xəbərdarlıq edib ki, ölkənin hazırkı prezidentinin rejiminin korrupsiyası hərbi əməliyyatlar başa çatdıqdan sonra böyük qalmaqala səbəb ola bilər.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA