ABŞ Dövlət Departamentinin rəhbəri Entoni Blinken Sudanda ABŞ diplomatik karvanına atəş açıldığını, ölən olmadığını bildirib.

“Amerika diplomatik karvanı atəşə tutulub. Bütün insanlar sağdır və zərər görməmişdir. Lakin bu hərəkət ehtiyatsızlıq idi", - deyə RİA Novosti ondan sitat gətirir.

Blinkenin sözlərinə görə, Sudan ordusunun rəhbərləri ilə danışıqların bir hissəsi olaraq o, Amerika diplomatlarının təhlükəsizliyinə hər hansı hücum və ya təhdidlərin qətiyyən qəbuledilməz olduğunu açıqlayıb.

Bundan əvvəl Əl Ərəbiyyə telekanalı çevik qüvvələrinin ABŞ səfirliyinin zirehli maşınına atəş açdığını bildirib.

BMT-nin Sudan üzrə xüsusi nümayəndəsi Volker Perthes Sudanda baş verən qarşıdurmalarda 180-dən çox mülki şəxsin həlak olduğunu bildirib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA