Ukraynanın Şimali Atlantika Alyansına qoşulması Rusiyanın təhlükəsizliyinə təhdid yaradacaq.

Tezadlar.az xəbər verir ki, bu sözləri Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə verdiyi brifinqdə deyib.

Kreml sözçüsünə görə, Ukraynanın NATO-ya üzvlüyünün qarşısını almaq xüsusi hərbi əməliyyatın məqsədlərindən biridir.

Əks halda, bu, ölkəmiz üçün, ölkəmizin təhlükəsizliyi üçün ciddi, əhəmiyyətli təhlükə yaradacaq”, - deyə o əlavə edib.

Peskov onu da bildirib ki, Kreml NATO-nun baş katibi Yens Stoltenberqin Kiyevə səfəri fonunda Ukraynanın Alyansa daxil olması perspektivlərini hələlik dəyərləndirməyib.

Qeyd edək ki, Ukraynanın NATO-ya üzvlüyünə qarşı təkcə Rusiya mövqe tutmur. ABŞ, Almaniya və Macarıstan da bu məsələdə oxşar fikirdədirlər.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA