Birliyin beş ölkəsi tərəfindən tanınmamasına baxmayaraq, Avropa İttifaqı Kosovo ilə 2024-cü il yanvarın 1-dən vizasız rejim tətbiq edəcək.

Tezadlar.az bu barədə Avropa Komissiyasının nümayəndəsi Anita Hipperə istinadən xəbər verir.

Qeyd olunur ki, Kosovo pasportlarına sahib olanlar 180 günlük istənilən müddətə 90 günə qədər Avropa İttifaqına vizasız səfər edə biləcəklər.

Xatırladaq ki, hazırda Aİ-nin 27 ölkəsindən İspaniya, Yunanıstan, Kipr, Slovakiya və Rumıniya Kosovonu hələ də tanımayıb. Eyni zamanda, Brüssel Belqrada təzyiq göstərir, onu regionun suverenliyini tanımağa sövq edir. Bu, onun Aİ ölkələri tərəfindən tanınmaması üçün əsasları aradan qaldıracaq, həmçinin Kosovonun Serbiyadan ayrı olaraq birliyə inteqrasiyasına imkan verəcək.

Bundan əvvəl Avropa İttifaqı münasibətlərin normallaşması yolunda sazişin bütün müddəalarının vaxtında həyata keçirilməsi üçün Serbiya və Kosovoya investisiyalar vəd etmişdi. Əgər Belqrad və tanınmamış respublika onların müddəalarını pozarsa, o zaman vəsaitlərin ödənilməsi problemlər həll olunana qədər təxirə salınacaq.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA