Rusiya mətbuatı xəbər verir ki, Danimarkanın Enerji Agentliyi (DEA) “Şimal axını”nda terror aktı zonasında məhdudiyyətlərin aradan qaldırılmasını tövsiyə edir.

Qeyd edilib ki, bu, ərazinin gəmilər üçün təhlükə yaratmaması ilə bağlıdır.

Ötən il sentyabrın sonunda Rusiyanın Avropaya qaz ixrac edən iki boru kəməri - "Şimal axını" və "Şimal axını 2" hücuma məruz qalıb. Bir sıra Avropa ölkələri bunun məqsədyönlü təxribat olduğunu etiraf etdilər. Rusiya Federasiyasının Baş Prokurorluğu beynəlxalq terror aktı ilə bağlı iş açıb.

Bundan əvvəl fransalı Avropa Parlamentinin deputatı Tyerri Mariani AP-dən Rusiyanın "Şimal axını 1" və "Şimal axını 2" qaz kəmərlərində terror aktını araşdırmaq üçün təcili komissiya yaratmağı tələb edib. O, Avropa İnstitutu qarşısında müvafiq bəyanatla çıxış edib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA