Sudanın çevik qüvvələri (xüsusi təyinatlılar) vətəndaşları təxliyə etmək üçün Fransa səfirliyinin təşkil etdiyi konvoya hücum edib.

Tezadlar.az xəbər verir ki, Sudan Silahlı Qüvvələrinin bəyanatı yerli “Əl Ərəbiyyə” telekanalında yayımlanıb.

Diplomatik nümayəndəliyin binası yaxınlığında xüsusi təyinatlılarla konvoy arasında atışma olub. “Al Hadath” telekanalı Sudan ordusuna istinadən xəbər verir ki, bir fransız yaralanıb.

Bundan əvvəl Sudan ordusu və xüsusi təyinatlılar aprelin 21-dən 23-dək müsəlmanların müqəddəs Ramazan bayramı ilə bağlı atəşkəs imzalayıblar.

Sudan Silahlı Qüvvələri ilə xüsusi təyinatlılar arasında münaqişə ötən həftənin sonunda onların rəhbərləri arasında fikir ayrılığı nəticəsində başlayıb. Toqquşmalar başlayandan bəri 330 nəfər ölüb, 3200-dən çox insan müxtəlif dərəcəli xəsarətlər alıb. Rusiya səfiri Çernovol Xartumdakı rusların əksəriyyətinin səfirliyə təxliyə edildiyini bildirib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA