Fransa prezidenti Emmanuel Makronun hədsiz açıqlamaları ABŞ-ın Kiyevin təchizatında iştirak səviyyəsinə yenidən baxılmasına səbəb olmalıdır.

Bunu köşə yazarları Ceyms Karafano və Viktoriya Kouts “The National Interest” jurnalında dərc etdirdikləri məqalədə yazır.

Qeyd olunur ki, Makron Çinə rəsmi səfəri zamanı vahid Çin konsepsiyasını dəstəkləyib və Tayvan məsələsinin sülh yolu ilə həllini müdafiə edib.

Ekspertlərin fikrincə, Vaşinqton Fransa prezidentinin bəyanatlarına sərt reaksiya verməlidir. Xüsusilə, ABŞ-ın Ukraynaya əsas donor kimi statusunu nəzərdən keçirmək.

Bundan əlavə, analitiklər vurğulayırlar ki, Konqres Ağ Evdən ölkə və yardım növləri üzrə strukturlaşdırılmış, ümumilikdə Avropa İttifaqının, xüsusən də Fransanın Ukrayna böhranının həllinə verdiyi töhfəyə dair tam hesabat tələb etməyə borcludur.

Müşahidəçilər hesab edir ki, aşağı palata konqresmenləri bununla kifayətlənməməlidir. Sorğuda onlar qeyd etməlidirlər ki, Nümayəndələr Palatasının hesabat təqdim olunana qədər Ukraynaya yardımla bağlı istənilən müraciəti rədd edəcək.

Onların fikrincə, Makronun Tayvanla bağlı açıqlamaları son dərəcə hədsizdir. Onların təhlilindən aydın olur ki, Paris Vaşinqtonu Ukrayna böhranına mümkün qədər cəlb etmək istəyir, lakin Asiya-Sakit okean makroregionunda silahlı münaqişə baş verəcəyi təqdirdə ABŞ-a kömək etməyi lazım görmür.

Bundan əvvəl müxalif siyasətçi Florian Filippo Şimali Atlantika Alyansının üzvlərini “dəli” adlandırıb və Fransanı tezliklə NATO-dan çıxmağa çağırıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA