Çexiya və Slovakiya prezidentləri Petr Pavel və Zuzana Çaputova, ilkin məlumatlara görə, aprelin 28-də Kiyevə səfərə gəliblər.

Tezadlar.az xəbər verir ki, bu barədə “Blesk.cz” məlumat yayıb.

Hər iki dövlət başçısının yaxın vaxtlarda Ukrayna Prezidenti Vladimir Zelenski ilə danışıqlar aparacağını gözlədikləri bildirilir. Pavel və Çaputovanın Ukrayna hökumətinin rəhbərləri ilə də görüşmək planları var.

Bu birgə səfər Pavelin bu ilin yanvarında Çexiyanın rəhbəri seçilməsindən dərhal sonra planlaşdırılıb. Belə ki, təhlükəsizlik baxımından Ukrayna paytaxtına səfərin vaxtı əvvəlcədən açıqlanmayıb.

Qeyd edək ki, Çexiya və Slovakiya Ukraynaya hərtərəfli yardım göstərir.

Bundan əvvəl Finlandiyanın baş naziri Sanna Marin Kiyevə gələrək Zelenski ilə görüşüb. Həmçinin, İtaliyanın baş naziri Meloni Ukrayna dövlət başçısı ilə görüşmək üçün Kiyevə gəlib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA