booked.netbooked.net booked.net  

Ermənistanın baş naziri Nikol Paşinyan mayın 25-də Moskvada rusiyalı həmkarları ilə Laçın dəhlizinin blokunun açılmasına dair danışıqların nəticələrindən narazıdır. O, bunu bazar ertəsi parlamentdə çıxışı zamanı deyib.

"Qeyd edim ki, müzakirə mövzularından biri Dağlıq Qarabağdakı humanitar vəziyyət və Laçın dəhlizinin qanunsuz blokadası ilə bağlı olub. Rusiyadan olan həmkarlarımızla bu mövzunu müzakirə etdik. Bu müzakirənin nəticələrinin qənaətbəxş olduğunu deyə bilmərəm. Laçın dəhlizinin bağlanmasının Rusiya sülhməramlılarının iştirakı ilə baş verməsi çox acınacaqlı vəziyyətdir. Bu vəziyyəti həll etmək üçün rusiyalı tərəfdaşlarımızla danışıqları davam etdirəcəyik”, - deyə o bildirib.

Ermənistanın baş naziri əlavə edib ki, İrəvan və Bakı iyunun 1-də Kişinyovda imzalana biləcək belə bir sənədlə bağlı razılığa gəlməyiblər.

"Yaxın vaxtlarda Kişinyovda Avropa İttifaqı Şurasının prezidenti, Fransa prezidenti, Almaniya kansleri, mənim və Azərbaycan prezidentinin iştirakı ilə beştərəfli görüş keçiriləcək. Orada sülh müqaviləsinin imzalanmasının mümkün olub-olmaması ilə bağlı müzakirələr aparılıb. Deyim ki, Azərbaycana təkliflərimizin dördüncü paketinə cavab almamışıq. Hazırda imzalana biləcək razılaşdırılmış layihə yoxdur", - o qeyd edib.

Paşinyan Azərbaycan prezidenti İlham Əliyevin bəzi açıqlamalarına da münasibət bildirib və əlavə edib ki, İrəvan Bakının mayın 14-də Brüsseldə əldə olunmuş razılaşmaları saxlamaq niyyətinə şübhə etməyə başlayıb.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN