booked.netbooked.net booked.net  

Kiyevdə güclü partlayışlar baş verib.

Bu barədə TASS Ukrayna mətbuatına istinadən xəbər verir.

Məlumata görə, şəhərin mərkəzində partlayış səsləri eşidilir. Juliany hava limanının yaxınlığında da tüstü görmək olar.

Şəhərin mərkəzində partlayışlar barədə məlumatı Kiyevin meri Vitali Kliçko təsdiqləyib. Mer yerli sakinləri sığınacaqlarda qalmağa çağırıb.

Bundan əvvəl Ukraynanın paytaxtı və Kiyev vilayətində hava həyəcanı elan edilib. Xarkov vilayətində də sirenlər səslənib.

Xatırladaq ki, ötən gecə media bütün Ukraynada hava həyəcanı barədə məlumat yayıb. Daha sonra Ukraynanın Kiyev, Poltava, Xmelnitski, Odessa, Çerkassı və Vinnitsa vilayətlərində partlayışlar olduğu məlum olub.

Daha sonra Xmelnitski vilayətinin səlahiyyətliləri hərbi obyektə ziyan dəydiyini bildiriblər. Həmçinin, Kiyev vilayətində infrastruktur obyektlərində partlayışlar, Odessa vilayətinin liman infrastrukturuna hücumlar barədə də məlum olub.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN