Rusiya İran hakimiyyətini İsrailin gözlənilən hücumu ilə bağlı bir neçə saat əvvəl xəbərdar edib.
Tezadlar.az xəbər verir ki, bu barədə mənbəyə istinadən Sky News Arabia telekanalı məlumat yayıb.
Telekanalın həmsöhbətlərinin sözlərinə görə, Rusiya İrana İsrail hərbçilərinin hücum etmək niyyəti barədə məlumat verib.
“Moskvanın bu məlumatı verməsi regionda eskalasiyanı azaltmaq üçün İranla əməkdaşlığın nəticəsi idi”, - materialda deyilir.
Bundan əvvəl İsrailin İrana yaxınlaşan cavab hücumu barədə xəbərdarlıq etdiyi və ona cavab verməməyi tələb etdiyi mesaj göndərdiyi məlum olub. Mənbələr qeyd edib ki, Təl-Əviv Tehrana hücuma hazırlaşanın İsrail ordusu olduğunu açıqlayıb.
E.ŞİRİNOV