Cümə günü İsrail üçüncü ölkələr vasitəsilə İranı İslam Respublikasına qarşı gözlənilən hücumla bağlı xəbərdar edib və buna cavab verməməyi tələb edib, əks halda, daha da güclü zərbə vuracağı ilə hədələyib.
Tezadlar.az xəbər verir ki, bu barədə “Axios” portalı mənbələrə istinadən məlumat yayıb.
Onların məlumatına görə, İsrail bununla daha da gərginliyin qarşısını almağa və iki ölkə arasında cavab zərbələri mübadiləsini məhdudlaşdırmağa çalışırdı.
“İsraillilər iranlılara, ümumiyyətlə, hansı hədəflərə hücum edəcəklərini və hansına hücum etməyəcəklərini əvvəlcədən açıqlayıblar”, - portalın mənbəsi qeyd edib.
E.ŞİRİNOV