İyunun 8-də Ukrayna prezidenti Vladimir Zelenski Kaxovskaya SES-in dağılmasından sonra su altında qalan Xerson şəhərinə gəlib.

Tezadlar.az xəbər verir ki, “Xersonda insanların su basmış ərazilərdən təxliyə edildiyi keçiddə oldum”, - deyə Ukrayna lideri öz Telegram kanalında yazıb.

Zelenski xilasedicilərə və könüllülərə təşəkkür edib, həmçinin bildirib ki, indi əsas vəzifə insanların həyatını qorumaq və onlara kömək etməkdir.

İyunun 6-na keçən gecə Xerson vilayətində Novaya Kaxovka yaxınlığında Kaxovskaya su elektrik stansiyasının yuxarı hissəsi dağılıb. Onlarla yaşayış məntəqəsi, o cümlədən Xerson və Yeni Kaxovka su altında qalmağa başlayıb.

Rusiya və Ukrayna bir-birini bəndi dağıtmaqda ittiham edir. Qəzanın “köhnə zədə” səbəbindən baş verdiyi versiyası da var. “Ukrhidroenerqo” şirkəti bildirib ki, stansiya tamamilə dağılıb və onu bərpa etmək mümkün deyil.

Bundan əvvəl Zelenski Almaniyanın “Bild” qəzetinə müsahibəsində bildirib ki, hazırda Kiyevdə Rusiyanın Kaxovskaya SES-in dağılmasında iştirakına dair heç bir sübut yoxdur.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA