Suriya Xarici İşlər Nazirliyi Ukraynanı Kaxovskaya su elektrik stansiyasının dağıdılmasına görə kəskin şəkildə qınayıb.

Tezadlar.az xəbər verir ki, bu barədə “SANA” agentliyi məlumat yayıb.

“Suriya Kiyev rejimi tərəfindən bəndin dağıdılmasını, böyük dağıntılara və geniş əraziləri su basmasına səbəb olmasını ən sərt şəkildə qınayır”, - məlumatda deyilir.

Bundan əvvəl xəbər verilmişdi ki, Dünya Bankının (DB) əməliyyatlar üzrə icraçı direktoru Anna Bjerde DB-nin Kaxovskaya SES bəndinin partlaması nəticəsində dəymiş ziyanı qiymətləndirəcəyini bildirib. Onun sözlərinə görə, DB insidentin nəticələrinin ekspress qiymətləndirilməsi ilə Ukraynaya dəstək verəcək.

Bundan əvvəl 2023-cü il iyunun 6-na keçən gecə Dneprdə Kaxovskaya SES-də dağıntılar baş verib. Xerson vilayətinin 15 yaşayış məntəqəsində 14 mindən çox evi su basıb. Su altında beş qəbiristanlıq, mal-qara məzarlığı, həmçinin xəstəxana və uşaq bağçası olub. Ümumilikdə, 4280 nəfər, o cümlədən 170-dən çox uşaq və 42 hərəkət qabiliyyəti məhdud olan şəxs təxliyə edilib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA