Haaqa Beynəlxalq Məhkəməsi Litvanın Ukraynanın Rusiyaya qarşı iddiasına qoşulmasını təsdiqləyib.

Tezadlar.az TASS-a istinadən xəbər verir ki, bu barədə Baltikyanı Respublikasının ədliyyə naziri Evelina Dobrovolska bildirib.

Ukrayna Rusiyanı iki beynəlxalq konvensiyanı - terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə və irqi ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında konvensiyanı pozmaqda ittiham edib. İyunun 6-da Kiyev 2017-ci ildə qaldırdığı iddiada öz arqumentlərini təqdim etməyə başlayıb.

“Bizə məlumat verildi ki, Haaqa Beynəlxalq Məhkəməsi Litvaya Ukraynanın Rusiyaya qarşı işində iştirak etməsinə icazə verib. İndi bir ay ərzində mülahizələrimizi təqdim etməliyik”, - Dobrovolska bildirib.

Qeyd olunur ki, Litva 2022-ci ildə prosesdə iştirak etmək üçün rəsmi müraciət göndərib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA