Daha sonra hadisəni lentə alıb sosial şəbəkələrdə paylaşıblar...

Özbəkistan Respublikasının Fərqanə rayonunda dəhşətli hadisə yaşanıb.

Rayonun  Kuvasay yaxınlığındakı Kərəmkül kəndində bir neçə nəfər pişiyi qəfəsə bağlayıb, üzərinə yanacaq töküb, sonra isə diri-diri yandırıblar. Proses lentə alınıb və sonra sosial şəbəkələrdə yayılıb.

Fərqanə Rayon Daxili İşlər Şöbəsinin yaydığı məlumata görə, hadisəni törədən şəxslərin müəyyən edilib. Onlar barəsində Özbəkistan İnzibati Məsuliyyət Məcəlləsinin 111-ci (heyvanlara qarşı amansızlıqla davranma) maddəsi ilə inzibati protokol tərtib edilib. Cəzalar məhkəmə tərəfindən təyin olunacaq.

Hüquq-mühafizə orqanları həmyerlilərini heyvanlar aləminin və təbiətin nümayəndələri ilə “yaxşı davranmağa” çağırıb.

Qeyd edək ki, heyvanlara qarşı amansız davranışa görə ÖR CM-nin 202-1-ci maddəsinə əsasən cinayət cəzası yalnız eyni əməllərə görə artıq inzibati tənbeh tətbiq edilmiş şəxslərə şamil edilir. Bu halda məhkəmə külli miqdarda cərimə, islah işləri, məhdudlaşdırma və ya 6 ayadək həbs cəzası təyin edə bilər.

İnzibati Xətalar Məcəlləsinin 111-ci maddəsinə əsasən, heyvanın ölümünə səbəb olan amansız rəftar 5 mislindən 10 mislinədək ( əsas hesablanmış dəyərlər miqdarında) cərimə və ya 15 günədək müddətə inzibati həbslə nəticələnir.

***

 Xatırladaq ki, dünyada heyvanlarla amansız davranmaya görə qanunvericilik aktı 1822-ci ildə Böyük Britaniyada qəbul olunub.

Məlumatlara görə, hətta Avstriyada 2004-cü ildə qəbul olunmuş qanuna görə, itlərin belə zəncirlənməsi, şirlərin sirk üçün əhilləşdirilib istifadə olunması, bəzi heyvanların zoomağazalarda qəfəslərdə saxlanılması cinayət məsuliyyəti yaradır.

Belə əməl sahiblərinə Almaniyada 25.000 avro həcmində cərimə tətbiq olunur.

Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 274-cü madəsinə əsasən heyvanlarla rəhmsiz davranmaqla onların şikəst və ya tələf edilməsinə görə 500 (beş yüz) manat məbləğində cərimə təyin edilir.

Görəsən, heyvanla yuxarıda qeyd edilən kimi dəhşətli davranışlarda da cərimə ilə can qurtarılması mümkündürmü və belədirsə, bu nə qədər ədalətlidir?!

 

JASMİN

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA